Namaz qılarkən papaq qoymaq olarmı?

    18.01.2025
Kimdən: 
Qurban
Sual: 
Salam aleykum menim 2 sualim var 1)cenabet quslu almagin 2 yolu var kamil qusl ve vacib qusl men ekser hallarda vacib qusl aliram sualim budur ki namazdan evvel bu quslden her hansi birini alsaq daha sonra destemaz almaq lazimdirmi yoxsa destamaz almadan namaz qilmaq olarmi? 2)Namaz qilarken basa papaq qoymaq ve ya paltardaki kapsonla basi ortmek icazelidirmi bu cur namaz qilmaq olarmi?
Cavab: 

Və aleykum Salam. 

1) Əvvəla bunu qeyd edək ki, hər iki növ qüslü, həm vacib, həm də kamil qüslü almaq icazəlidir. Cənabət, heyz və ya nifas qüslləri kimi böyük hədəsi (namaz qılmağa mane olan səbəbi) aradan qaldıran qüsllərdən sonra dəstəmaz almaq lazım deyil. Çünki böyük hədəs (maneə) aradan qalxarsa, kiçik hədəs də aradan qalxmış olur. Bayram və cümə qüslləri kimi müstəhəb qüsllərdən sonra isə mütləq dəstəmaz almaq lazımdır. Ətraflı oxuyun:


2) Namaz qılarkən başa papaq qoymaq icazəlidir, hətta bu bəyənilən əməldir. Lakin diqqət etmək lazımdır ki, papaq səcdə edərkən alını örtməsin.Qeyd edək ki, alın örtülü halda da səcdə etmək olar. Bu barədə ətraflı oxuyun:
Paylaş: