Namaza məktəb illərindən sonra başlamaq günahdırmı?
Sual:
As salam əleykum sizdən bir söz sorucacaqdim.
1 uşaqlarin indiki dövürdə həm məktəb dersleri hem hazırlıqlara gedmesi səbəbi ilə namaza 11 sinifi qurtardıqdan sonra başlasa günah olar .
2.Də uşaq namaza vəya hicaba gətirə bilməsək .İsdemeseler namaz qılmaq və ya hicaba keçmək isdemese bizi anlamasalar .buna görə də biz günah qazanmış oluruq.
3.də bir insan uşaqınin olmasınan qorxsa ona düzgün tərbiyə verə bilməməkdən namaz əhli edə bilməməkdən günahdır bu . çünki mən çox narahatam
Allah razı olsun.Allah sizi cənnəti ilə mükafatlandırsın əmin.
Cavab:
Və aleykum Salam.
1) Həddi-büluğa çatmış hər bir uşağa namaz qılmaq artıq vacibdir və namazı qılmamağa görə ona günah yazılır. Məktəb dərsləri və hazırlığa getmək səbəbindən namazları birləşdirmək mümkündür. Bu barədə ətraflı oxuyun:
2) Bu cavabı oxuyun:
3) Uşağın əməlisaleh olmamasından qorxub uşaq dünyaya gətirməmək doğru fikir deyil. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Həyat yoldaşını sevən və çox övlad dünyaya gətirən qadınlarla evlənin! Qiyamət günü mən başqa ümmətlər qarşısında sizin sayca çox olmağınızla öyünəcəyəm". (Əbu Davud, 2035). Əməlisaleh övladın etdiyi dualar və saleh əməllərin savabı insana öldükdən sonra da fayda verir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Öləndən sonra kişiyə (və qadına) ən xeyirli olan bu üç şeydir; onun üçün dua edən əməlisaleh övlad, mükafatı kəsilməyən sədəqə və özündən sonra qoyub getdiyi faydalı elm” (İbn Hibban, 93). Həmçinin oxuyun: