Uşağın sidiyi dəyən paltarda namaz qılmaq olarmı?
Və aleykum Salam.
1) Uşağın sidiyi nəcasət sayılır və əgər paltara dəyərə, bu paltarda namaz qılmaq olmaz. Ətraflı oxuyun:
Südəmər uşaqların sidiyini yumaq barədə və digər suallar
Südəmər oğlan uşağının sidiyi ilə qız uşağının sidiyi arasında fərq qoymağın hikməti nədir?
2) Subaşına çıxdıqdan sonra övrəti sadəcə yumaq lazımdır, bundan sonra gələn şübhələrə fikir vermək lazım deyil, çünki bu, vəsvəsələrin artmasına gətirib çıxarır. Odur ki belə şübhələr və vəsvəsələr yaranmasın deyə sadəcə yuyunub qalxmaq lazımdır. Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dövründə səhabələr hətta böyük ehtiyaclarını ödədikdən sonra üç ədəd daşla təmizlənirdilər və bundan sonra qalan şeylərə fikir vermirdilər. Uca Allah qullarını yalnız gücləri çatacaq işlərlə mükəlləf edib. Ətraflı oxuyun: