Ər icazə vermirsə qadının qıldığı namaz qəbuldurmu?

    09.06.2025
Kimdən: 
Nuri
Sual: 
Salam akeykum mèni dinleyib etrafli basà salarsiz derdimi hèc kime deye bilmirem indi bilmirem bu gunde ñìyèyem menim atam dine inanmir namaza qarsidr 6da oxuyanda dualar oxuyurdum oruc tuturdum heta hicaba giŕmek isdeyirdim men o cur àtanìn eĺinde gizlince namaz qilmisam hicabada girmek isdeyirdim qoymuŕdular birdefe men pegenbèrimizi yuxuda gormusem aile qurdum ara sira qildim coxsu vaxt qila bilmedim hicaba girdìm ÿoldasima dememis eseblerim korlandi aile namazi duzgun qilirdim sehetimè gore ara verdim bu il basladim namaz qilb oruc tutmaqa quran oxumaqa yoldasim qoymadi meni namaz qilmaqa o gùndeñ qilmiram deyir ki er qoymasa Allah qebuĺetmiŕ duzdùmu dinde beledìrmi?indi ne edm
Cavab: 

Və aleykum Salam. Uca Allahdan sizi doğru yola yönəltməsini və bu yolda sabit etməsini və ərinizə də hidayət verməsini diləyirik. Allaha asilik olan işlərdə heç bir insana itaət etmək olmaz. Ərin öz yoldaşının namaz qılmasına mane olması böyük günahdır. Bu məsələdə qadın öz ərinə itaət etməməlidir. Namaz qılmaqda ərin və ya hər hansı bir insanın icazəsinə ehtiyac yoxdur. Odur ki, namaza başlayın və hicab geyinin. Həmçinin oxuyun:

​​​​​​​Ərim və qaynanam namaz qılmağa qoymurlar, nə edim?

Paylaş: