Ailə problemləri səbəbindən namazlara səhlənkar yanaşıram, özümü necə islah edə bilərəm?
Sual:
Salam.Men muselman bir xanimam, basima gelen aile problemlerinden sonra Allahdan uzaqlasmisam.Namazi kimse mene xatirladanda qiliram.Men ozumu nece islah ede bilerem?
2 ci sualim beledir ki, evli oldugum muddetde "er" behane ile yatagi ayirib anasi ile yatirdi.2 il evlilik erefesinde cemi 3-5 defe yaxinliq oldu.Bu sebebden de hec evlad da olmadi.Her kes meni gunahlandirirdi evde dusen soz sohbetlerde.Meni evde saymadigina, vurub soyduyune, yatagi ayirdigina, qadin kimi qururumu sindirib meni basqa qadinlarla muqayise etdiyine göre asilik edirdim.Mecbur qalaraq ondan ayrildim.Indi ise "er" hele de deyir ki men onun arvadiyam ve esla bosanma olmayacaq.Bu halda evli sayilirammi ve men ne edim?
Cavab:
Və aleykum Salam.
1) Uca Allah dünyada qullarını müxtəlif şeylərlə imtahan edir. Lakin bu imtahanlar insanı ibadətdən və itaətdən uzaqlaşdırmamalı, əksinə, insan Allaha ibadətlə və dua etməklə bu imtahanlara qarşı Allahdan yardım deiləməlidir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbr etməklə və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən, Allah səbr edənlərlədir". (əl-Bəqərə, 153). Ətraflı oxuyun:
Allah insanları hansı şəkildə imtahan edir?
Nə edim ki, imanım əvvəlki kimi güclü olsun?
Namaz qılmayan Cənnətə girə bilərmi?
Nə edim ki, imanım əvvəlki kimi güclü olsun?
Namaz qılmayan Cənnətə girə bilərmi?
2) Əvvəla bunu qeyd edək ki, kəbin kəsildikdən sonra oğlanın öz zövcəsindən uzun müddət uzaqda yaşaması kəbini batil etmir. Kəbini pozmaq üçün oğlan qadını boşamalıdır. Əgər qızın ailəsi kəbini pozmaq istəyirlərsə və oğlan bununla razı deyilsə, bu halda qadının himayədarı (atası, babası, əmisi və s.) oğlanın ailəsinə müraciət etməli, öz narazılıqlarını bildirməli və oğlanı boşanmaya vadar etməlidirlər. Bu cavabları oxuyun: