İki talaqdan sonra qadın talaq verilmədən evdən çıxıb gedibsə və iddə müddəti bitibsə, bu üçüncü talaq sayılırmı?

    08.08.2026
Sual: 
Əs Sələmu Aleykum. Bir qardaş qadınına 2 dəfə talaq verib, 3-cü də isə talaq deməyib amma qadın əşyaları ilə birlikdə gedib, və iddə müddəti də bitib. Sual: Bu 3-cü hadisə talaq sayılır? Kişi qaytara bilər? Kəbin yenilənməlidir? Qadının atası və artıq özü ailə qura biləcək oğlu varsa, ikinci kəbində oğlu vəli ola bilər?
Cavab: 

Və aleykum Salam. Əgər iki talaqdan sonra iddə müddəti bitmədən kişi yoldaşını qaytarıbsa, onlar ər-arvad sayılırlar. Qadının sadəcə evdən getməsi və ya iddə müddətinin bitməsi öz-özlüyündə üçüncü talaq sayılmır; üçüncü talaqın baş verməsi üçün şəri talaq verilməsi lazımdır. Həmçinin oxuyun:

Kişi öz həyat yoldaşına 2 dəfə talaq deyibsə, qadın nə etməlidir?

Kişi qadını boşadıqdan sonra onu yenidən necə qaytara bilər? İddə müddəti nə qədərdir?


İkinci talaq olsa belə, ata varsa, qadının oğlu vəli dura bilməz. Bu barədə ətraflı oxuyun:

İslama görə ərə gedən qızın vəlisi kimlər ola bilər? 
Nikah bağlamağın qaydaları

Teqlər: 
Paylaş: