Dualarım qəbul olmur deyə ümidim kəsilib, yaşamaqdan bezmişəm

    19.11.2014
Sual: 
salam men nece gunlerdirki nasukurluk edirem cox esebi olmusam her deqiqe aglayiram namazda qilmiram isteyirem qilim qila bilmirem derdimi hec kese deye bilmirem dua edebilmirem her seydn umudumu kesdim 4 ildirki namaz qiliram her gun dua ediremki arzum heyata kecsin olmur allah dualarimi qebul etmir umudumu itirirem bilmirem ne edim yasamaqdan bezmisem xais edirem mene komek edin
Cavab: 

Aleykum salam. Sözsüz ki, bu hal Allahı yaxşı tanımamaq və imanın zəifliyindən irəli gəlir. Uca Allah buyurur: "Allahın rəhmətindən ümidinizi üzməyin. Çünki Allahın rəhmətindən ümidini kəsənlər Onu tanımayanlar (inkar edənlər) dəstəsidir". (Yusuf, 87).
Allah insanı yaratmış və onu sınağa çəkmək üçün dünyada qalacağı müəyyən vaxt təyin etmişdir. İnsanın əsl qalacağı yer isə axirətdir. "Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, Axirət isə qərar tutacağınız yurddur". (Ğafir, 39).
Dünya həyatı müvəqqəti sınaq olduğu üçün, burda baş verən hər müsibətdən yalnız Allahın razılığını və axirətdə Cənnəti qazanmaq üçün istifadə etmək lazımdır. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır". (əl-Bəqərə, 155-157).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Böyük bəlaya uyğun böyük savab verilir. Allah bir camaatı sevdikdə onları imtahana çəkir. Kim razı qalarsa, Allahın razılığını qazanar, kim narazı qalarsa, Allahın qəzəbini qazanar". (ət-Tirmizi, 2396).

Bəs sınaqlara necə səbr etməli? Bunun yolunu Allah və Onun Rəsulu (salləllahu aleyhi və səlləm) bizə bildirmişlər. Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən, Allah səbir edənlərlədir!" (əl-Bəqərə, 153).
"Qul tələsmədən, günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etmədikcə diləyi qəbul olunmaqda davam edər". Soruşdular: "Ey Allahın Rəsulu, tələsmək nədir?" Belə buyurdu: "Deyər ki, çoxlu dua etdim amma duam qəbul olmadı. O zaman bezər və duanı tərk edər". (Muslim, 2736).
"Rəbbimiz hər gecə dünya səmasına enər və gecənin axırıncı üçdə biri olduğu vaxt deyər: Mənə dua edən bir kimsə varmı onun duasını qəbul edəm?! Məndən istəyən bir kimsə varmı onun dilədiyini verəm?! Məndən bağışlanma diləyən bir kimsə varmı onu bağışlayam?!" (əl-Buxari; Muslim).
"Qulum mənə nafilə (əlavə) ibadətlərlə durmadan yaxınlaşar. Nəhayət, mən onu sevərəm. Qulumu sevdiyim zaman da mən onun eşidən qulağı, görən gözü, tutan əli və yürüyən ayağı olaram. Məndən nə istəsə onu mütləq verərəm, mənə sığınsa onu qoruyaram". (əl-Buxari, 6502). 
Daha ətraflı: Duaların qəbul olması üçün nə etmək lazımdır?

Göründüyü kimi, itaəti artırmaqla Uca Allaha daha çox yaxınlaşmağa çalışmaq lazımdır, təəssüf ki, siz bunun əksini edərək namazı dayandırmısınız. İnşallah, tezliklə tövbə edərək namaza qayıdın, çoxlu dua edin, gecə namazları qılın, möminlərlə oturub-durun, Quran oxuyun və s. xeyirli əməlləri çoxaldın.
Həmçinin duanın necə qəbul olunması anlayışını da öyrənin. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Hər bir müsəlman günah və qohumluq əlaqələrinin kəsilməsini tələb etmədən dua edərsə, Uca Allah ona bu üç şeydən birini mütləq verər: Ya istədiyini tezliklə verər, ya Qiyamət gününə saxlayar, ya da etdiyi duanın müqabilində bəlanı ondan uzaqlaşdırar". (Əhməd, 3/18). Həmçinin oxuyun:
Tənhalıq səbəbindən psixoloji problemlər yaşayıram...
Səbir edənləri müjdələ!
Namazı tərk etmişdim, yenidən namaza qayıtmaq günahdırmı?
İstixarə namazı haqqında

Teqlər: 
Paylaş: