Gümüş əşyalar istifadə olunan evdə yaşamaq günahdırmı və digər suallar

    26.01.2015
Sual: 
Assalamu aleykum eziz qardaslar necesiz?sizlere bele suallar unvanlamaq isteyirem cox xaish edirem suallarima link atmadan aydin sekilde cavab veresiz .1)Menim valideyinim gumus esyalari cox sevir hetda evde gumusden qasiq cengel bele seyler alib ve onlardan istifade olunur ne qederde desem anlamirlar meni mende o evde yasadiqima gore menedemi gunah yazilir ? amma men ayri qasiq ve cengelden istifade edirem?2)Cenaze namazinda deyilen sozleri yaza bilersiz ardicil? ve cenaze namazinda salam verende yalniz saqa verilir?3)Online qumar oyunlari kimi oyunlar var meselen baraban firlanir qizil qoyursan nese udursan bu oyun qumar hokmunu dasiyir buna gore gunah yazilir?4) Bir sey mene cox maraqli gelir bezi qardaslarin alninda qara leke formasinda halqalar var bu neye gore ele olur coxmu secdede qalmaqdan yoxsa nece ?5)Destamaz alandan sonra salvar geyininde paltarin ustunden elin cinsiyet uzvune deyende destamaz pozulur yoxsa nece?)Deyirler encil aqaci heyetde ekmey olmaz guyaki cinler seytanlar yiqisir geceler ora bu ne derecede duzgundur ALLAH sizlerden razi olsun .Birde gozel qardaslar mene hemcinin burdaki insanlara cox maraqlidirki bizim yazdiqimiz suallari kimler cavablandirir bildim deyeceksiz ki elm telebeleridir MasALLAH ALLAH subhane ve teala elmivize bereket versin.ALLAHDAN gizlin hecne yoxdu adlarini yazardiz bizde bilerdik.
Cavab: 

Aleykum salam.

  1. Özünüz gümüş qab-qaşıq istifadə etmirsinizsə, evdəkilərin istifadə etməsi sizə günah qazandırmır. Uca Allah buyurur: "Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün başqasını köməyə çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz" (əl-Fatir, 18)
  2. Cənazə namazında rükü və səcdə olmur, namaz ayaq üstə qılınır, dörd təkbirdən ("Allahu əkbər" sözü) ibarətdir. Birinci təkbirdən sonra qiyamda əl-Fatihə surəsi oxunur. İkinci təkbirdən sonra Peyğəmbərə salavat duası oxunur. Üçüncü təkbirdən sonra meyit üçün dua oxunur. Dördüncü təkbirdən sonra isə "əssələmu aleykum va rahmətullah" deyilərək sağ çiyin tərəfə salam verilir.  Əbu Hurayra (radıyallahu anhu) rəvayət edir ki, "Peyğəmbər (sallallahu aleyhi və səlləm) Nəcaşinin ölüm xəbərini elan etdikdən sonra namaz qılınan yerə gəl­di, cərgələri düzdü və dörd təkbirli (rüku və səcdəsiz) namaz qıldı". (Buxari, 1333; Muslim, 2201)
  3. İstər onlayn, istərsə də canlı, qumarın bütün növləri haramdır.  Uca Allah buyurur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı?" (əl-Məidə, 90-91)
  4. Alında qara ləkənin olması alın dərisinin nazik olmasından və çox səcdə etməkdən ola bilər. Doğrusunu Allah bilir.
  5. Övrət yerinə alt paltarının üstündən toxunmaq dəstəmazı pozmur. Bilavasitə toxunmağın dəstəmazı pozması məsələsi isə alimlər arasında ixtilaflıdır. Birinci rəyə görə dəstəmaz pozulur, ikinci rəyə görə isə, şəhvətlə toxunduqda pozulur, adi toxunmada isə pozulmur.
  6. "Gecələr əncir ağacının altına şeytanlar yığışır" deyiminin yaranma səbəbi ilə bağlı fərziyyələrdən biri budur: Əncir ağacının yarpaqları böyük olduğundan gecə oksigeni çox sərf edir (Bildiyimiz kimi ağaclar gündüz oksigen buraxır, gecə isə udurlar). Bəzi yolçular gecə bu ağacın altında yatarkən havasızlıqdan boğulublar, bu səbəbdən belə söz yaranıb. Dorğusunu Allah bilir.
Paylaş: