Ramazan orucu ilə 1-ci və 4-cü günlər tutulan orucun fərqi nədir?

    31.01.2015
Kimdən: 
Allah bendesi
Sual: 
as-s-salamu aleykum.mene sufre duasi lazimdir.ve bu dua her yemek yeyilende oxunmalidir yoxsa nece?ikinci sualim .1ci ve 4cu gunler oruc tuturam.bu orucun ramazan orucundan ferqi nedir.bu haqda etrafli bilmek isterdim.Allah razi olsun
Cavab: 

Aleykum salam.
Şəriətdə süfrə duası adlanan dua olmasa da, yemək və süfrə ilə bağlı müxtəlif dualar var:
Yeməyə başlayarkən edilən dua
Yeməkdən sonra edilən dua
Qonağın ona yemək verən üçün etdiyi dua
Oruc tutan iftarını açarkən etdiyi dua
(Başqa evdə) orucunu açan şəxsin ev əhli üçün etdiyi dua
Su verən yaxud vermək istəyən şəxs üçün edilən dua

Ramazan orucu İslamnın beş vacib şərtindən biri olub, oruc tutmaq iqtidarında olan, hər bir ağlı başında olan, həddi büluğa çatmış müsəlman kişi və qadına vacibdir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz". (əl-Bəqərə, 183).
"İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda (oruc tutmalıdır). Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz". (əl-Bəqərə, 85). 
Daha ətraflı: Ramazan orucu

1-ci və 4-cü günlər tutulan oruc isə vacib olmayan, lakin savabı çox olan nafilə (əlavə) oruclardandır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) hər həftənin 1-ci və 4-cü günləri oruc tutardı. Səbəbini soruşanlara cavab olaraq demişdir: "İnsanların əməlləri Allah Təalaya bazar ertəsi və cümə axşamı günləri ərz olunur; mən əməlimin ərzi əsnasında oruclu olmağı üstün tuturam". (Əbu Davud, "Savm", 60; İbn Məcəh, "Siyam", 42).
Həmçinin Allah Rəsulundan (sallallahu aleyhi və səlləm) bazar ertəsi günü oruc tutmağın fəziləti soruşulduqda O: "O gün mənim doğulduğum, peyğəmbər olduğum (və ya mənə vəhy gəldiyi) gündür". (Muslim "Siyam", 197, 198). Daha ətraflı: Peyğəmbərimizin oruc tutduğu günlər

Teqlər: 
Paylaş: