Namazda əlləri sinənin üzərinə qoymaq bidətdir?

    07.03.2014
Sual: 
Salam aleykum. Niye gore insanlar Suriyaya gedirler? Deyirler cihad edirik, amma muselmanlari oldururler. Birde sunniler (kishiler) ellerini gobeyinin ustune qoyurlar. O, zaman sonradan elleri sinede qoymaq bidetdir, ele deyilmi? Yoxsa hami siz dediyiniz kimi ederdi?
Cavab: 

Aleykum salam. İslam alimləri Suriyaya getməyə icazə vermirlər. Namazda əlləri sinədə saxlamaq lazımdır. Bu barədə Peyğəmbərimizdən (sallallahu aleyhi və səlləm) çoxlu səhih hədislər vardır. Əllərin göbəyin üstündə və ya göbəyin altında saxlamaq düzgün deyildir.

Allah sözü yazılan klonu boyunda daşımaq olarmı?

    07.03.2014
Sual: 
Salam aleykum. Allah sozu yazilan klonu boyunda dashimaq gunah deyilmi? Birde onunla ayaqyoluna girmek olarmi?
Cavab: 

Aleykum salam. Baxır klonu hansı məqsəd ilə boynunda gəzdirir. Üməmən bəli, boyunda daşımaq olar. Amma bir şərtlə ki, dediyiniz kimi ayaq yolu və digər bu kimi nəacasətli və natəmiz yerlərə daxil olduqda çıxarıb bir kənara qoymaq lazımdır.

Şiə namazı qılsam, Cəhənnəmə düşəcəm?

    07.03.2014
Sual: 
Salam aleykum. Men shie namazi qiliram. Chunki mene evvelceden bele oyredibler. Amma hech vaxt dini ayirmamisham. Eger bele qiliramsa, o demekdir ki, men cehenneme gedeceyem? Axi meni valideynlerim sunni namazi qilmağa qoymurlar.
Cavab: 

Aleykum salam. Cəhənnəm və Cənnətliklər yalnız axirətdə bilinəcək. Allaha şərik qoşanlardan başqa günah sahibləri, o gün Uca Allahın istəyi altında olacaq. Allah Təalaya aid olan bir məsələdə heç kim qərar verə bilməz.

Peyğəmbərin namazı haqqında hansı mənbələrə müraciət etmək olar?

    07.03.2014
Sual: 
Salam aleykum. Resullullahin (sallallahu aleyhi ve sellem) namazi haqda deqiq hansi menbelerede var? Eller niye bagli olmalidir ?
Cavab: 

Aleykum salam. Dəqiq məlumatı Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhih hədislərində tapa bilərsiniz. Namazda əllərin sinənin üzərinə qoyulmasının səbəbi odur ki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) namazda əllərini sinəsinin üzərinə qoyardı.

Nəyə görə siğə etmək olmaz?

    07.03.2014
Sual: 
Salam aleykum. Sualim beledir. Sige etmek niye olmaz ki? Peygembermizin vaxtinda sigeye icaze verilmishdi. Sonra Ömer İbni Xettab bu qanunu deyishik dedi ki, sige etmek olmaz! Yeni bele çıxır ki, peygemberin qoydugu qanunu, Ömer İbni Xettab esassiz chixarib bu qanunu tapshirib? Bes Quranın Nisa suresinin 24-cu ayesinde sige haqqında yazilmışdır. Biz indi hansına inanaq? Ömer İbni Xattaba, yoxsa Peyğəmbərimizə?
Cavab: 

Aleykum salam. Siğə etmək ona görə olmaz ki, bunu Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bizə qadağan etmişdir. Düzdür, siğə bir vaxt icazəli olmuşdur, lakin sonralar Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bunu qadağan etmişdir.

Filmlərdə insanlar dinə qarşı çıxırlar...

    07.03.2014
Sual: 
Salam aleykum. Men bezen gorurem ki, kino da adamlar dine qarshi chixir. Meselen turklerde dini film gedir. Burada "bismilləh" deyerek Quranın üzerine nese tokur. Bes onlar diger esl dunyada chox agir eziyyet chekeceklerini bile-bile yene en boyuk gunahlardan birini edirler. Uca Allah onu yene bagishlayacaq.
Cavab: 

Aleykum salam. Filmlərdə elə olur ki, mömin bir insan kafir rolu aparır və filmdə küfr edir. Sözsüz ki, bu cür küfr əməllər rol xatirinə edilən əməllərdir. İslama görə bir insan nümayiş etdirmək və ya başa salmaq üçün etdiyi küfr əməl günah sayılmır.

Qədim zamanlarda nəyə görə insanlar Allahı yaxşı tanımayıblar?

    07.03.2014
Sual: 
Salam aleykum. Mene bir shey maraqlidir ki, goresen niye o vaxt bezi insanlar ilk defe Allaha yox oda, torpaqa ve dasha dua edir oz Allahlari sayirdilar. Axi Adem ve Hevva ilk insan olduqlarindan Allahi da yaxshi taniyiblar. Lakin gelecek nesildeki adamlar Allahin kim oldugunu bilmeyibler. Mene chox maraqlidir ki, xahish edirem etrafli cavab chatdirasiz.
Cavab: 

Aleykum salam. Adəm peyğəmbərdən sonra Nuh peyğəmbərə (Allahın onlara salamı olsun) kimi insanların hamsı Allaha ibadət edirdilər və Allahı tanıyırdılar. Yer üzündə ilk edilən şirk və ya başqa cür desək, aləmdə baş verən ilk şirk, Nuh peyğəmbərin (aleyhis-sələm) vaxtında olmuşdur.

Pages