Quranı telefondan oxumaq yaxşıdır, yoxsa kitabın özündən?

    14.03.2014
Sual: 
Salam aleykum. Menim ayfon telfonum var. Telfonumda ise Quranın tercumesi var. Quranda neler var menimde telfonumda var. Daxil olub her gun boş vaxtlarimda oxuyuram. Quranda menim de adIm var. Meryem ne ise menim esas sualIm budur? Quranı telefonda oxumaq yaxşıdır, yoxsa ele Quran Kitabin ele oxumaq yaxşıdır?
Cavab: 

Aleykum salam. Hər ikisindən oxuya bilərsiniz. 

Neçə yaşımızdan namaz qılmağa başlamalıyıq?

    14.03.2014
Sual: 
Salam aleykum. Men bu saytda yeniyem size suallar yazmisham, hele de cavablandiran yoxdu. Xahiş edirem suali ana sehifeye yazin. Ne ise sualim budur ki insanlar namaza neche yashından etibaren bashlamalıdır?
Cavab: 

Aleykum salam. İnsanlar namaza həddi buluğa çatdıqdan sonra başlamalıdır. Yəni həddi buluğa çatan insana namaz qılmaq vacib olur. Daha ətarflı:
Namaz qılmaq insana neçə yaşında vacib olur?

Hansı namaz daha yaxşıdır?

    13.03.2014
Sual: 
Salamun aleykum. Men sorushmaq isteyirem shie ve sunni namazi eynidir? Namaz namazdir da, ne ferqi var ki? İstəyirsen sunni namazi qil, istiyirsen de shie namazi qil. Beyem shie namazi qilanda adam cehenneme dushur? Menim 16 yashim var. Özumde Yolchubeyli kendinde qaliram. Yolçubeylide hami shie namazi qilir, gunde 3 defe. Amma mende shie namazi qiliram gunde 5 defe. Vobshe siz deyin shie namazi qilmaq yaxshidir, yoxsa sunni?
Cavab: 
Aleykum salam. Biz müsəlmanlara Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) yoluna tabe olmaq əmr olunur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) namazı gün ərzində 5 dəfə qılmışdır.

Üç müxtəlif sual

    13.03.2014
Sual: 
Salam aleykum. Her vaxtiniz xeyirli olsun. 1. Secde ederken alinla birge sifetin hansi hissesi yere deymelididr? 2. Gecə namazlari qilinanda bashlangicda ne deyilmelidir? 3. Chox uzr isteyirem, eger cinsi yaxinligdan sonra men qusl aliram, yoldashim ise yox, bu zaman sadece mene deyerse, menim quslum pozulmuş olurmu? Evvelceden oz teshekkurlerimi bildirirem. Allah sizlerden razi olsun. Chox gozel ve deyerli saytdir.
Cavab: 

Aleykum salam.
1. Səcdə edərkən, alınla birgə burun da yerə qoyulmalıdır. Bu barədə Peyğəmbərimizin (salləllahu aleyhi va səlləm) hədisləri vardır. Peyğəmbərimiz (salləhu aleyhi və səlləm) buyurur: "Mənə yeddi əzanın üzərinə səcdə etmək əmr olundu".

Məcburən pis əməl edən günah qazanır?

    08.03.2014
Sual: 
Salam aleykum. İnsan bir işi mecbur ederken bilir ki, bu etdiyi emel günahdi. Amma işi mecburen etmelidir. Bu halda ona gunah yazilir?
Cavab: 

Və aleykum Salam. Bu baxır, edilən işin ciddiliyinə və ya məcbur qaldığı işə. Misal versəniz, daha yaxşı olardı, çünki hallar müxtəlif ola bilər. Ümumən insan məcburiyyət qarşısında etdiyi əmələ görə günah qazanmır.

Şəhadətdə "Əşhədu Ənnə Əmirəl M'umininə Aliyyən Valiyyullah" deyilməlidir?

    08.03.2014
Sual: 
Salam aleykum. Kelimeyi Şehadet haqqinda mubahiseler choxdur. Xususile de onun sonundaki "əşhədu ənnə əmirəl mumininə Aliyyən valiyullah" hissesi. Men bilmirem sonda o hisseni deyim ya demeyim. Here bir shey deyir. Qrup yoldashim bu haqda mene dedi ki, Peygemberimiz (s.a.s) son nefesinde o hisseni de vesiyyet edib. Amma son nefesini verdiyi uchun heç kim inanmayib ve qebul etmeyib o hisseni. Xahiş edirem bu haqda etrafli melumat veresiniz. İndiden chox sagolun. Allah sizden razi olsun!
Cavab: 

Aleykum salam. Şəhadət kəlməsinə "Əşhədu Ənnə Əmirəl M'umininə Aliyyən Valiyullah" sözlərini əlavə etmək olmaz. Çünki, bu ifadə şəhadət kəlməsinə sonradan əlavə olunmuşdur.

Nəyə görə qadınların əksəriyyəti təkliyə çəkilməyi sevir?

    08.03.2014
Sual: 
Salam aleykum. Niyə qadinlarin əksəriyyətiri təkliyi sevir?
Cavab: 

Aleykum salam. Bu tam olaraq belə deyildir. Bəzi qadınlar təklikdə qalmaqdan qorxurlar. Bunun dinlə heç bir əlaqəsi yoxdur. Bu, qadının təbiətindən asılıdır. Ümumiyyətlə həm kişinin, həm də qadının insanlardan uzaq duraraq çox vaxt təkliyə çəkilməsi yaxşı hal deyildir. 

Pages