İnsan bu dünyada qəribdir

    16.03.2014

      İnsan bu dünyada qəribdir, çünki onun əsl vətəni Cənnətdir. O Cənnət ki, Allah atamız Adəmi ora­dan bu dünyaya endirmişdir. Həmçinin, insan bu dünyada müsafirdir. Çünki, bu dünya müvəqqəti, Axirət isə əbədi məskəndir. Müsafir yola çıxdıqda özü ilə ona lazım olan azuqəni götürür. Odur ki, müvəqqəti məskəninizdən əbədi məskəniniz üçün tədarük edin.
Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, Axirət isə qərar tutacağınız yurddur” (Ğafir, 39).

Cənnət əhli namaz qılacaqmı və oradakı qadınlar hicab bağlayacaqlarmı?

    15.03.2014
Sual: 
Salam aleykum. 1) Cennet ehli namaz qilacaqmi? 2) Cennetdeki qadinlar hicablarina riayet edeceklermi? Allah razi olsun.
Cavab: 

Aleykum salam. Cənnət əhli namaz qılmayacaq, oradakı qadınların hicabda olub-olmaması ilə bağlı isə şəriətdə dəqiq məlumat verilməyib. İbadətin bütün növləri bu dünyada Uca Allahın rəhməti sayəsində Onun rizasını və cənnəti qazanmaq üçün buyurulmuşdur.

Siğə halal olduqdan sonra niyə haram edildi?

    15.03.2014
Sual: 
Salam aleykum. Sige niye haramdir? Eger peygember zamaninda halal idisə ve sonradan peygember haram edibse niye halal olmushdu? Ve sonradan niye haram oldu? İndiki dovrde de evlenmek chetindir ve oruc tutmaqda bir yereycen shehvetin qabagini alir, hele üstelik Səhih Buxaridə yazilib ki, Əbu Bəkrin zamaninda da siğə edilirdi. Sonradan Ömər bunu qadağan etdi. İndi bilmek istediyim odru ki, niye halal olmushdu ki, sonra niye de haram olsun? Səhih Buxaridəki hedis sehvdi?
Cavab: 

Aleykum salam. Cavabları buradan oxuyun:
Siğə haqqında
Xristianla siğə etmək olarmı?​
 

İstəyirəm 15 yaşım olandan sonra namaz qılım

    15.03.2014
Sual: 
Salam aleykum. Mənim 12 yaşım var. Mən 11 yaşımdan bəri namaz qılırdım. Amma sonra qılmadım. Yəni dərslərim heç imkan vermədi. Bundan başqa nə isə şeytan da məni aldadırdı və mən artıq namaz qılmaqdan bezmişdim. Həmçinin mənim anam 3,4 ildir ki, namaz qılır. O, mənə tövsiyə etdi ki, namazı atım. Yəni hələ mənim namaz qılan yaşım deyil. Əslində mən də düşünürəm ki, 15 yaşım olanda namaz qılıb, hicab bağlayım. Amma ola bilsin ki, yenə məni şeytan aldatsın və mən günaha düşəm. Mən isə bunu istəmirəm sizin mənə tövsiyəniz nədir? Mən nə edə bilərəm?
Cavab: 

Aleykum salam. Əvvala tövsiyəmiz budur ki, siz çalışın ki, Allah Təalanın əmrlərini yerinə yetirərək onları hər şeydən üstün tutasınız və Onun razılığını qazanasız.

Namaz qılmamışdan əvvəl etdiyimiz günahlar bağışlanacaqmı?

    15.03.2014
Sual: 
Salam aleykum. Namaz qilmazdan evvel edilen gunahlar bağishlanar? Birde tovbe etdikden sonra, axiretde hemin gunahin haqqini odemeliyikmi?
Cavab: 

Aleykum salam. İnsan keçmiş günahlarına tövbə edib namaz qılmağa başlayarsa, onun bütün keçmiş günahları bağışlanar. Bu barədə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "İslam özündən qabaq olan günahları təmizləyir". 

Sevgi üçün Allaha edilən dua qəbul olarmı?

    14.03.2014
Sual: 
Salam aleykum. İslamda temiz sevgiye qarshi Allah Təalaya edilen dua qebul olunurmu? Alllah Təala bu duaya cavab verirmi? Cavabi bir az zehmet olmasa, geniş şekilde yaza bilersinizmi?
Cavab: 

Aleykum salam. Uca Allah bütün xeyir duaları qəbul edir. Yəni günah olmayan istənilən hər hansı bir neməti Allahdan diləmək olar. İnşallah dua haqqında məqalə hazırlanacaq. Daha ətraflı məlumatı həmin məqalədən oxuyarsınız. Son məqalələri izləyin.

İslamdan qeyri dinlərə iman gətirənlər cənnətə düşəcəklərmi?

    14.03.2014
Sual: 
Salam aleykum. Hazirda yashadigimiz dovrde islam dininden bashqa dinlere inanan insanlar cennete dusheceklermi? Xahiş edirem ki, bu barede etrafli yazardiniz. Allah razi olsun.
Cavab: 

Aleykum salam. Xeyir, cənnətə düşməyəcəklər. Baxın, Allah Təala bu barədə belə buyurur: "Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!" (Ali İmran, 85).

Pages