Rəsulullahın adları

    06.03.2014

      Rəsulullah - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Mənim bir çox adlarım var: mən həm Muhəmməd, həm də Əhmədəm, mən Allahın mənim vasitəmlə küfrü yox etdiyi Mahiyəm, mən insanların, arxasınca gedib məhşərə toplandığı Haşirəm və mən Aqibəm, o Aqib ki, özündən sonra bir peyğəmbər gəlməyəcək.”

Muhəmməd – təriflənən deməkdir. Bu adı ona atası qoymuşdur.

Rəsullulahın zarafatları

    06.03.2014

      Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - hər bir işdə orta yol tutardı. O, nə daim qaşqabaqlı olar, nə də ki, zarafat etdikdə, həddini aşardı. Zarafatı da həmişə deyil, ancaq lazım gəldikdə edərdi ki, bununla səhabələrinin könlünü açsın və arada olan isti münasibətləri bir qədər də möhkəmləndirsin. Rəsulullah nadir hallarda – məsləhət bildikdə, üstəlik zarafat etdiyi adamın könlünü açmaq və dostluq münasibətini artırmaq məqsədilə zarafat edərdi.

On bir qadının söhbəti

    06.03.2014

Rəvayət edilir ki, Aişə demişdir: “Bir dəfə on bir qadın bir yerdə otu­rub öz ərlərinin barəsində olan xəbərlərdən heç bir şey gizlətməyəcəklərinə dair bir-birilərinə söz verdilər.
Birincisi dedi: “Mənim ərim dağın zirvəsində yer­ləşən cılız dəvənin ətinə bənzəyir. O dağa çıxmaq asan iş deyil, üstəlik ətin üstündə piy deyilən şey yoxdur ki, kimsə gedib onu götürsün”.
İkincisi dedi: “Mən ərim haqqında danışmaq istəmirəm. Qorxuram onun haqqında danışmağa başlasam, onun bütün gizli və aşkar nöqsanlarını xa­tır­lamayınca dayanmayım.”

Günah olduğunu bildikdə nəziri dəyişdirmək olarmı?

    05.03.2014
Sual: 
Salam aleykum. Anam niyyət etmişdir ki, mən işə girsəm ehsan verecek. Bilidyim qederiyle de ehsan bidetdi. Bes ne edek ki, gunah olmadan niyyeti, yeni sozu yerine yetirek?
Cavab: 

Aleykum salam. Nəzir etdiyiniz əməlin günah olduğunu bilsəniz, onu yaxşı bir əməl ilə əvəz edə bilərsiniz. Ananız ehsan vermək əvəzinə qonaqlıq təşkil edə bilər. 

Pages