Ətirdən nə vaxt istifadə etmək olar?

    01.03.2014
Sual: 
Salam aleykum. Deyirlər qadınlara ətir vurub çölə çıxmaq günahdır. Bəs insan yayda tərliyəndə istər istəməz pis qoxu gəlir, onda nə etsin? Bu halda ətirdən istifadə edə bilərmi və daha nə zamanlarda? Allah sizdən razı olsun! Amin!
Cavab: 

Aleykum salam. Bu məsələdə tərin qarşısını almaq üçün istifadə olunan vasitələr istisnadır. 

Çox yatmaq günahdır?

    01.03.2014
Sual: 
Salam aleykum. Chox yatmaq olarmı?
Cavab: 

Aleykum salam. Çox yatmaq tənbəllik gətirən bir xüsusiyyət olduğu üçün islama görə bəyənilməyən bir haldır. Rəsulullah (salləllahu aleyhi və səlləm) öz dualarında tənbəllikdən daima Uca Allaha sığınırdı. 

Namazda oxunan ayələrdə səhv etdikdə səhv səcdəsi etməliyikmi?

    01.03.2014
Sual: 
Salam aleykum. Allah elminizə və dəvətinizə bərəkət versin. Namazda Quran oxuyarkən səhv etdikdə səhv səcdəsi etməliyik? Bu zaman səhv səcdəsi salamdan əvvəl yoxsa sonra edilir?
Cavab: 

Aleykum salam. Namazda əl-Fatihə surəsindən sonra oxunan surələrdə səhv etdikdə səhv səcdəsi edilmir. Çünki Fatihədən başqa oxunan Quran surələri müstəhəbdir. Səhv səcdəsi salamdan əvvəl və ya salamdan sonra edilə bilər. 

Həddindən artıq qənaətcil və xəsis olduğuma görə günah qazanıram?

    01.03.2014
Sual: 
Salam aleykum. Men chox qenaetchil bir insanam. Hami mene deyir ki, bu qeder de olma da! Amma men her sheye qenaeet edirem ve chox da simicem. Hech kimden hech ne almamagi ve hech kime de hech neyimi vermemeyi xoshlayiram. Bu özüümden asli olamayan bir xüsusiyyetdir. Chox simic oldugum üçün, her sheye qenaet edirem. Hetta ishiga, qaza ve yemeye bele... Men gunah etmiremki?
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar". (əl Furqan, 67).

Kiminsə malında gözüm qalırsa, bu mənim üçün günah sayılır?

    01.03.2014
Sual: 
Salam aleykum. Kiminse eshyasinda ve yaxud da vir sira ve.s sheylerde gozum qalirsa, onu isteyiremse ve o mene vermirse menimde onlarda gozum qalirsa, bu menim üçün gunah sayilir?
Cavab: 

Aleykum salam. Kiminsə malında gözün qalması günaha gətirə bilər. Məsələn, insan onda olmayan bir neməti başqasında gördükdə buna görə öz taleyindən narazı qalaraq naşükürlük edə bilər. Həmçinin, bununla o, tamahkar, paxıl insana çevrilə bilər.

Üstü pulsuz balıqların ətini yemək olar?

    01.03.2014
Sual: 
Salam aleykum. Pulsuz baliq yemek haramdir? Haramdirsa neye gore haram hesab edilir? Allah razi olsun.
Cavab: 

Aleykum salam. Şəriətə görə yalnız suda yaşayan (quruya çıxmayan) bütün heyvanların yeyilməsi halaldır. Quran və səhih hədislərdə dəniz heyvanlarının bəzilərinin haram olması haqqında heç bir göstəriş yoxdur, yəni bütün dəniz qidaları halaldır.

Boy atmaq üçün dua varmı?

    01.03.2014
Sual: 
Salam aleykum. Boyun uzanması uchun dua varmi?
Cavab: 

Aleykum salam. Şəriətdə xüsusi olaraq belə bir dua növü yoxdur. Hər hansı bir diləyiniz üçün xüsusi dua formasına ehtiyac yoxdur. Uca Allaha dua edərək ehtiyac duyduğunuz şeyləri diləyə bilərsiniz.

Pages