Namazı möhürlə, yoxsa möhürsüz qılmalıyıq?

    01.03.2014
Sual: 
Salam aleykum. Namaz mohur ile qilinmalidi, yoxsa mohursuz?
Cavab: 

Aleykum salam. Möhür haqqında şəriətdə heç bir səhih məlumat yoxdur. Çünki Peyğəmbərimiz Məhəmməd (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) namazı möhürsüz qılmışdır. Möhürlə namaz qılmaq Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) sonra dinə gətirilən bidətdir.

Qadın daha çox nəfsini idarə edə bilir, yoxsa kişi?

    01.03.2014
Sual: 
Assalamu aleykum. Saytiniza teze daxil olmusham ve chox beyendim. Allah Sizden Razi Olsun. Sualim beledi ki, qadin nefsini daha chox idare eliye bilir, yoxsa kishi?
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Nəfs sözünün bir neçə mənası vardır. Əgər fikirlərə hakim olmaq baxımından soruşursunuzsa, bu məsələdə kişilər yaradılış etibarı ilə qadınlardan daha güclü olurlar.

Günahlardan təmizlənmək üçün oruc tutmaq olarmı?

    01.03.2014
Sual: 
Salam aleykum. Men chox gunahkar bir bendeyem. Allah kechsin gunahlarimdan. 3-cü gundur ki, subh ezanina qeder, imsak, axsham ezanindan sonra da iftar achiram oruc tuturam. Düşünurem ki, bu yolla gunahlardan uzaq olaram. Bu cur oruc tutmaq barede etrafli melumat vermeyinizi xahish edirem. Nece tutmali ve.s...? İmkan daxilində mənə bir az geniş izahlı şəkildə açıqlama verərdiz.
Cavab: 

Aleykum salam. Oruc tutmaq gözəl və bəyənilən bir əməldir. Ümumi olaraq hər bir yaxşı əməl pis əməlləri silib aparır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Günah etdikdə ardınca savab iş gör ki, onu silsin". (Tirmizi və Əhməd).

Zikr nədir?

    28.02.2014

Zikr xatırlamaq deməkdir. Uca Allahı zikr etmək Onu xatırlamaqdır. İslam alimlərinə görə bütün ibadətlərin buyurulmasında məqsəd Allahı xatırlamaqdır. Uca Allah buyurur: "Məni yad edin (zikr edin) ki, Mən də sizi yad edim!" (əl-Bəqərə, 152). "Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır" (əl-Əhzəb, 35)

Yaxşılıq gözəl əxlaqdır

    28.02.2014

      Əxlaq - insanın daxili görünüşüdür. İnsanın zahiri görünüşü olduğu kimi daxili görünüşü də vardır. İnsanın görünüşü yaxşı və pis olduğu kimi onun əxlaqı da gözəl və pis ola bilir. Gözəl əxlaq dedikdə Qurani Kərimdə və Peyğəmbərin səhih hədislərində buyurulan bütün yaxşı keyfiyyətlər və əməllər nəzərdə tutulur. Pis əxlaq dedikdə isə Allahın və Onun rəsulunun qadağan etdiyi bütün günahlar nəzərdə tutulur. Nəvvas ibn Səman əl-Ənsari demişdir: “Allah Elçisindən salləllahu aleyhi və səlləm yaxşılıq və günah barəsində soruşdum. O buyurdu: “Yaxşılıq gözəl əxlaqdır.

Qolu yanan adam necə dəstəmaz almalıdır?

    27.02.2014
Sual: 
Salam aleykum. Sağ qolum yanıb, necə dəstəmaz almaq olar?
Cavab: 

Aleykum salam. Dəstəmaz aldıqda yanan yerə su vurmağa icazə verilmirsə, həmin yeri yaş əl ilə sürtmək olar. Yox, əgər sürtmək də sağlamlığa zərərlidirsə, onda həmin yerə toxunmadan dəstəmazı sona çatdırın. Ümumiyyətlə, dəstəmaz almaq çətinlik törədirsə, təyəmmüm ala bilərsiniz.

Qiyamət günü Allahı görə biləcəyikmi?

    27.02.2014
Sual: 
Salam aleykum. 1. Qiyamət günü insanlar Allahı görə biləcəklərmi? 2. İnsanların əllərinin içində (ovcunda) ərəb dilində sol əlində 81, sag əlində ise 18 yazılıb. 18+81=99. Qiyamət günü Allahın 99 adının olmasına əllər şahidlik edəcəkmi? İzaha geniş yer verseniz minnetdar olardim. Allah sizden razı olsun.
Cavab: 

Aleykum salam. Bu cavabı oxuyun: Axirətdə Allahı görmək olacaqmı?

Sızanaqlardan azad olmaq üçün dua varmı?

    27.02.2014
Sual: 
Salamu aleykum. Üzdəki sızanaqlar üçün dua gördüm. Rəvayətə görə bunu Məhəmməd (s.a.s) peyğəmbərimiz öz yoldaşının əlinə çıxan çibanın üstünə oxuyub. Peyğəmbərimiz həm də buyurub ki,bu duanı boş-boşuna sızanaqlı yerinizə sürtməyin. Məlhəmlə birlikdə deyin. Dua belədir: "Allahummə yə musağğiral kabir. Va yə mukabbiras sağir. Sağğir mə bi". (Bunu belə problemi olan müsəlman qardaşlarım üçün yazdım). Indi mənim sizə sualım odur ki, bu duanın mənasını siz bilirsinizmi? Və ya bu rəvayət doğrudurmu?
Cavab: 

Aleykum salam. Muhəmməd peyğəmbərin belə bir dua etməsi məlum deyildir. Söylədiyiniz duanın mənası (Ey böyükləri kiçildən və kiçikləri böyüdən Allahım! Məndə olanları kiçilt).

Pages