Üzərlik və ya duz yandırıb başdan səpələmək olarmı?

    19.02.2014
Sual: 
Salam aleykum. Allah sizden razi olsun. Amin!... Göz-nefise gore uzerlik yandirmaq olarmi? Yaxudda uzerikle, duzu bashdan aylandirmaq olar?
Cavab: 

Aleykum salam. Gözdəyməyə qarşı üzərlik və ya duz yandırmaq, həmçinin, göz muncuğu, həmayıl gəzdirmək günahdır. Çünki bununla Allahdan qeyrisinə pənah aparmış və Ona şərik qoşmuş olursan.

Siqaret çəkmək olarmı?

    19.02.2014
Sual: 
Salam aleykum. Siqaret chekmek gunahdirmi?
Cavab: 

Aleykum salam. Siqaret çəkmək haramdır, çünki siqaret çəkmək həm insanın dininə, onun səhhətinə, əxlaqına, ətrafında olan insanlara, ruzisinə, qüvvəsinə, bir sözlə dünya və axirətinə böyük ziyan vurur.

Öz geyindiyim paltarlardan kasıba verə bilərəmmi?

    19.02.2014
Sual: 
Salam aleykum. Kasib bir adama geyimlerimden vere bilerem? Amma geyinmishemse oz geyimlerimi verirem, bununla gunah etmirem?
Cavab: 

Aleykum salam. Kasıba istər təzə, istərsə də geyinilmiş paltar verə bilərsiniz. Bu əməl günah yox, əksinə savabdır. Peyğəmbər (Ona Allahın salamı və salavatı olsun) demişdir: "Hər bir yaxşılıq sədəqədir".

Mələklər Adəm övladına səcdə edirmi?

    19.02.2014
Sual: 
Salam aleykum. Allah Teala sheytana deyende Ademe secde et, o secde elemedi. Ona gore Allah Teala onu oz dergahindan qovdu. Melekler insanlara secde edirmi? Yoxsa bu sehv fikirdir? Bununla bagli oz fikirlerinizi bolusherdiniz. Allah razi olsun.
Cavab: 

Aleykum salam. Mələklər Uca Allahın əmrinə müvafiq yalnız Adəmə (Ona Allhın salamı olsun) səcdə ediblər. Onlara Allah tərəfindən Adəmə səcdə edin deyildikdə, onlar yubanmadan Allahın əmrini yerinə yetirdilər.

Bankdan pul götürüb ziyarətə getmək düzgündürmü?

    19.02.2014
Sual: 
Assalamu aleykum. Kendimizde bir neche nefer Kerbelaya ziyarete gedir. Hemin bankin pulunu pensiyasindan odeyir ve deyir ki, oz halal pulumla gedirem. Bele ziyaret duzgundurmu? Allah yaninda bu cur ziyaret qebuldurmu? Xahish edirem ki, bu barede mene etrafli melumat veresiz. Chox sag olun! Teshekkur edirem ve minnetdaram...
Cavab: 

Aleykum salam. Kredit götürmək haramdır. Daha ətraflı: Kredit götürmək haqqında

Yeni doğulan uşaq üçün namaz qılmayan insana ziyafət vermək düzgündür?

    19.02.2014
Sual: 
Salam aleykum. Yeni dogulan ushaga gore namaz qilan insanin namaz qilmayan insana yemek-ichmek vermesi duzgundurmu? Ichki olmaq sherti ile...
Cavab: 

Aleykum salam. Yeni doğulan uşaq üçün şəriətdə qurban kəsmək buyurulur. Bu qurbana "əqiq" deyilir. Oğlan uşağı üçün iki, qız uşağı üçün isə bir baş qoyun kəsilməlidir. Kəsilən qurbandan ziyafət vermək və namaz qılmayanları da dəvət etmək olar.

Pages