Oğurluğun halalı olurmu?

    18.02.2014
Sual: 
Salam aleykum. Sualım belədir. Oğurluğun halalı, haramı varmı? Mən oxumuşam ki, guya qoyun oğurlamaq günah sayılmır bu doğru fikirdimi? Xahiş edirəm cavablandırasız.
Cavab: 

Aleykum salam. Başqasının malını oğurlamaq günahdır. İslama görə oğurluq etmək böyük günahlardan sayılır. Uca Allah buyurur: "Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin.

Salam vermək haqqında

    18.02.2014
Sual: 
Salam aleykum. Salam verende "selemun aleykum ve rahmetullahi ve beraketu demek olar?
Cavab: 
Aleykum salam. Dinimizə görə salamlaşmanın ən üstün və dolğun forması bu şəkildə olur. "Əssələmu Aleykum Va Rahmətullahi Va Bərakətuhu". (Allahın salamı, əmin-amanlığı, sülhü, rəhməti və bərəkəti sizin üzərinizə olsun).

Gözdəymə varmı?

    18.02.2014
Sual: 
Salam aleykum. Goz deyme varmi? Eger varsa bundan qorunmaq uchun ne etmek lazimdir?
Cavab: 
Va aleykumus-Sələm. Bəli, gözdəymə həqiqətən mövcuddur. Gözdəymədən və başqa şərlərdən qorunmaq üçün hər namazdan sonra "Ayətul-Kursi" (əl-Bəqərə, 255), "əl-İxlas", "əl-Fələq" "ən-Nəs" surələrini oxumaq lazımdır.

Əvvəllər fala baxdırmağımın mənə zərəri dəyə bilərmi?

    18.02.2014
Sual: 
Salam aleykum. Allah sizlerden razi olsun. Men evvel baxdirmisham. Amma indi tovbe etmishem. Birde ele gunahlar ishlemeyecem ve indi sizden sorushmaq istediyim budur ki, men baxdirdim ve menim üchün ere getmeyim üçün ish gordu ve mene xurma getir dedi. Ve sham xurmani her gun yedim shamida yandirdim. İdni bilmek istediyim budur ki, men nece bilim ki, ishim tersine gedib. Yeni birden qorxuram oz taleimi baglayaram. Sevgide ishim alinmir. Men nece bu ishden qurtulum? Amma choxdan baxdirmisham. Texminen 3-4 il olar. Amma daha ele gunahlar etmirem. İndi qorxuram men ne ede bilerem?
Cavab: 

Aleykum salam. Daha ətraflı Cadudan necə qorunmaq olar? linkindən oxuyun.

Divardan şəkil asıb üzərinə də üzərlik qoymaq düzgündür?

    18.02.2014
Sual: 
Salam aleykum. Biz babamzin sheklini divardan asmishiq ve nenem de deyir ki, ustune de uzerik qoymaq lazimdir. Buna nece baxirsiz? Zehmet olmasa mene bu barede genish melumat veresiz. Uca Allah butun cumle olenlere rehmet elesin.
Cavab: 

Aleykum salam. Ümumiyyətlə islam şəriətinə görə əl ilə canlı (ruhu olan) şəkili çəkmək qadağandır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu barədə demişdir: "Qiyamət günü Uca Allahın dərgahında ən şiddətli əzab şəkil çəkənlərə olacaqdır".

Həyat yoldaşımın nənəsinə baxmasam günah qazanıram?

    18.02.2014
Sual: 
Salam aleykum. Evimizde yoldashimin nenesi ile yashiyiriq. Qaynanamda bizimle yashayir. Amma yoldashimin nenesinin qullugunu men tuturam. Buna gore hech sag ol bele eshitrem. Bir sozle yaxshiliq bilen insan deyil. Oz gelinini de vaxti ile chox incidib. İndi de menimle de eledir. Men ha sebrimi basiram, Allahdan sebr isteyirem, amma adami bile-bile esebleshdirir. İndi qaynanam onu menim yanimda qoyub ozu ozu ise Rusiyaya getmek isteyir. Mende bununla razilasmiram ve deyirem ki, goturun ozunuzle aparin. Men bu hereketimle ve ya sozumle gunahmi edirem?
Cavab: 

Aleykum salam. Şəriətə görə ərli qadının vəzifəsi yalnız öz ərinə baxmaq, ona itaət etmək, ərinə qulluq edib xidmətində durmaqdır. Həmçinin, ananın öz övladlarına baxmasıda bura daxildir.

Pages