Peyğəmbərin ﷺ Xədicə ilə evlənməsi və onların övladları
Ticarətlə məşğul olan Xədicə bint Xuveylid adlı-sanlı və çox varlı qadın idi. Xədicə öz işlərini aparmaq üçün bəzi adamlara pul və mal verir, onlarla ortaqlıq edirdi. Qureyş ticarətlə məşğul olan bir tayfa idi. Xədicə Allah Elçisi ﷺ haqqında artıq eşitmişdi. Onun sözdə bütöv, səmimi və xoşxasiyyət insan olduğunu bilirdi. Ona görə arxasınca adam göndərdi və ona mallarını satmaq üçün Şama getməyi təklif etdi. Allah Elçisi ﷺ özü ilə Xədicənin Meysərə adlı köləsini də götürməli idi.