Namazda vəsvəsə, dəstəmazda buruna su aparmaq və digər suallar...

    27.11.2016
Kimdən: 
Şenem
Sual: 
Salam bagishlayin narahat edirem.1 Men namaz qilanda vesvese gelir namazin sozlerini yavash ureyimde deye bilmirem nefesim dayanir. Namazimi qila bilmirem.nece edim? 2 Desemaz alanda burnuma su ala bilmirem olar ki,onu etmeyim? Pishiyim var tukleri yapishir paltarima, paltarimda piahik tuku olanda namaz qila bilerem mi? Bide sibemde prishikler var onlardan qan cixir paltarima yapishir tez-tez deyishmek olur onu nece edim?
Cavab: 

Və aleykum Salam.
1. Bu cür vəsvəsələrə heç bir önəm vermədən, fikrini bununla məşğul etmədən namaza davam etmək lazımdır. Həmçinin, sizin halınız sehrlə də əlaqəli ola bilər. Daha ətraflı:
Namazda fikrin yayınmaması üçün nə etmək lazımdır?
Cadudan necə qorunmaq olar? 
2. Siz bacardığınız qədər burnunuza su alın. Çünki, dəstəmaz alanda buruna su almaq vacibdir. Daha ətraflı: Dəstəmaz alarkən buruna su almaq vacibdirmi?
3.
Pişik murdar olmadığına görə paltarda onun tüklərinin olmasının da namaza heç bir maneəsi yoxdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) pişik haqqında belə buyurur: "O, murdar deyil. O, sizin ətrafınızda dolaşanlardandır". (ət-Tirmizi "Təharət", 92). Həmçinin oxuyun: Dəstəmazı və namazı batil edən hallar  
4. Bədəndən qanın çıxması, axması nə dəstəmazı, nə də namazı batil etmir. İslamın səhih mənbələrində bir çox səhabələrin yaralı halda namaz qılması ilə bağlı bir çox rəvayətlər varid olub. Ömər ibn Xəttab (Allah ondan razı olsun) da namazda ikən qılıncla vurulduğuna baxmayaraq namazı yarımçıq dayandırmamışdır. Bütün bunların hamısı ona dəlalət edir ki, qan murdar (nəcis) deyil. Həmçinin oxuyun: 
Qan murdardırmı? Şəhidlərə cənazə namazı qılınırmı?
Dəstəmazı və namazı batil edən hallar

Paylaş: