Qüsulsuz adama əl dəydikdə dəstəmaz və qüsl pozulur?
Sual:
Salam aleykum.sizə bir neçə sualım var.mən namaz qılıram.yoldaşım qılmır və qusl almlr.əgər mən quslluyamsa və yoldaşım almırsa onda mənim əlim ona dəydikdə mənim quslum dəstəmazım batil olurmu.2 qaynata məhrəmdisə onada əlimdəysə dəstəmaz sınırmı?3 şəraitimiz olmadıgından qış aylarında heç olmasa axşam və işa namazlarını birləşdirib qıla bilərəmmi.4 mən namaz qılanda o biri otaqdan musiqi səsini eşidirəmsə nə etməliyəm.qaynatam başa düşmürki namaz qılanda heç olmasa musiqini söndürsün.5 hərdən hicabı açmaq isdəyirəm çünki hicab paltarları çox bahadı.almaga imkanım çatmır.əssələmun aleykum
Cavab:
Və aleykum Salam.
1-2. Qüsulsuz adama əl dəydikdə dəstəmaz və qüsl pozulmur. Daha ətraflı:
3. Səfərdə və ya xəstə olmayan insanlar yalnız istisna hallarında namazları birləşdirib qıla bilərlər. Bu da vərdiş halını almamalıdır. Daha ətraflı: Namazları hansı hallarda birləşdirib qılmaq icazəlidir?
4. Çalışın qaynatanızı başa salasınız. Əgər bu fitnəyə səbəb olacaqsa, musiqi səsinə fikir verməyərək namazınızı qılın. Çünki, musiqi səsi gələ-gələ namaz qılmaq namazı batil etmir. Daha ətraflı: Dəstəmazı və namazı batil edən hallar
5. Bu dünya imtahan dünyasıdır. Kimisi ruzi, kimisi sağlamlıq, kimisi insanlarla imtahana çəkilir. Səbr edin və Allaha çoxlu dua edin ki, sizin ruzinizi artırsın. Həmçinin, oxuyun: