"Həzrəti Allah" demək olarmı?
Sual:
Es Selamun Aleykum qardawlar bezileri hezreti Allah deyir doqrudurmu? Secdede oz dilimizde du etmey ixtilafli meseledi? Iwa namazi girdiyden sonra gecenin yarsi qilmaq yaxwidi ya vaxtinda cammat namazinda imam fatihani oxuyub gozlemirse neynemeliyiy birde salamadan qabaq Rebbana Rabgfirli dualarini etmey olar? Birde qardawlar imam salamdan qabaq dualari tez deyib salam verir bezen men cattira bilmirem bezende tez deyirem ki cattirim olar ki imam salam versin mende yekunlawdirim salam verim?
Cavab:
Va aleykum Salam.
- Həzrəti Allah demək doğru deyil. Bu kəlmə peyğəmbərlər, səhabələr kimi hörmətli, mübarək insanlara müraciət edildikə onların adlarının qarşısında istifadə edilir. Quran və Sünnədə daha çox "Uca Allah", "Allahu Təalə", "Allahu Subhənəhu və Təalə", Allahu Təbərakə və Təalə", "Allahu Azzə va Cəllə", Allahu Azzə va Cəllə şə'nuhu", "Allahu Cəllə şə'nuhu mə lənə Rabbun Sivah", "Hər şeyə Qadir olan Allah" və s. bu kimi xitab formaları məşhurdur. Həmçinin oxuyun: Həzrət sözünün mənası barədə
- Bu cavabı oxuyun: Səcdədə öz dilində dua etmək olarmı?
- Ümumiyyətlə, imkan daxilində bütün fərz namazlarını camaatla vaxtında qılmaq daha yaxşıdır. Ancaq tək qılınan halda İşa namazını gecənin yarsınadək gecikdirmək sünnədir. Bu cavabı oxuyun: İşa namazını gecikdirmək, yoxsa vaxtı girən kimi qılmaq daha savabdır?
- Sonuncu təşəhhüddə salamlardan əvvəl qeyd etdiyiniz duaları oxuya bilərsiniz. Həmçinin oxuyun: Axırıncı təşəhhüddən sonra, salamdan qabaq edilən dua
- İmam salam verdikdə arxadakılar duaları sona qədər oxumağa çatdıra bilməsələr belə, imamın salamından sonra onlar da salam verməlidirlər. Çünki İmama tabe olmaq vacib, onu ötmək isə haramdır. Ənəs (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "İmam, tabe olunmaq üçün təyin edilmişdir. O təkbir etsə siz də təkbir edin. O səcdə etsə siz də səcdə edin. O duranda siz də durun...". (Səhih əl-Buxari, 689). Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Başını imamdan öncə qaldırdan şəxs qorxmurmu ki, Allah onun başını eşşək başına, yaxud surətini eşşək surətinə çevirər". (Səhih əl-Buxari, 691). Daha ətraflı: Camaat namazı necə qılınır?