Cinlərdən qorxmaq günah sayılırmı?

    07.09.2017
Sual: 
Salam. Men namaz qilanda seytan vesvese verir, cinlerden qorxuram diqqetim yayinir saga sola baxmaga baslayiram ve Allahin namazimi qebul etmediyini dusunurem, ne ede bilerem ? Ve dinde cinden qorxmaq gunah sayilir? Nezir orucum 2 aydir, tuta bilmirem keffaresi ne qeder olmalidir? Hz. Muhemmed haqqinda subheler gelir, quran haqqindada, dogru olub olmamagi barede. Ama inaniram meselen peygemberimizin sunnetlerini yerine yetirirem, Qurandan nesihet Aliram. Bu subheler gelende eseblesirem, ozumu pis hiss.edirem. Bu seytandandir? ve Quranda "Onlar subhede etmezler" deyende hansi subheleri nezerde tuturdu?
Cavab: 
Və aleykum Salam.
1. Bu cür vəsvəsələrə heç bir önəm vermədən namaza davam etmək lazımdır, çünki vəsvəsə ilə mübarizə aparmağın yolu ona fikir verməməkdir. Fikir verməyə başladıqda isə o daha da çoxalır. Namazda vəsvəsə gəldikdə "əuuzu billəəhi minəş-şeytaanir-raciim" deyərək sol tərəfə üç dəfə yüngül tüpürmək və namaza davam etmək lazımdır. Gün ərzində isə Allahı çox zikr etmək, həmçinin səhər və axşam zikrlərini oxumaq, Quran oxunmasına qulaq asmaq, Quranın mənaca tərcüməsini oxumaq və elmi artırmaq lazımdır. Uca Allah buyurur: "Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın! Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir". (ən-Nəhl, 98-100). Təfsir alimləri ayənin təfsirindəki Allaha sığınmanı təkcə Quran oxuyanda yox, bütün hallarda şeytanın və onun dostlarının şərindən amanda qalmaq üçün Allaha sığınmağı və təvəkkül etməyi lazım olmasını qeyd ediblər. ("Təfsirus-Sə'di" səh. 449).
Namazın qəbul olunmaması haqda fikirlər də bu qəbildəndir. Daha ətraflı:
2. Cinlərdən qorxmaq vəsvəsənin nəticəsidir. Cinlər də insanlar kimi Allahın yaratdığı məxluqlardandır və onlardan qorxmaq günah sayılır. Belə olan halda da insan zikr və dua etməli, Allaha sığınmalı, ruqyə və digər vasitələrdən istifadə etməlidir. Uca Allah buyurur: "O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!" (Ali İmran, 175).
Əgər insan Allahdan qorxduğu kimi cinlərdən qorxsa, yəni dua etmək, yardım istəmək kimi şeyləri Allahdan yox, cinlərdən istəsə, bu zaman əbədi cəhənnəm əzabına səbəb olan böyük şirk etmiş olar.  Uca Allah buyurur: "Həqiqətən, insanlardan bəziləri cinlərin bəzilərinə sığınırdılar. (Bu isə) onların azğınlığını artırırdı". (əl-Cinn, 6). 
Həmçinin oxuyun:
3. Kim itaət olan bir şeyi nəzir edib, nəzirini yerinə yetirməkdə aciz olarsa, and içmək kəffarəsi verməlidir.Peyğəmbərin (salləllahu aleyhi və səlləm) demişdir: "Nəzirin kəffarəsi andın kəffarəsi kimidir". (Muslim, 1645). Həmçinin oxuyun: 
4. Din haqqında şübhələrin gəlməsi şeytanın vəsvəsəsidir. Çoxlu Quran oxuyun (həm tərcümə, həm ərəbcə) və oxunmasına qulaq asın. Digər xeyirli əməlləri də bacardıqca çoxaldın. Daha ətraflı:
Teqlər: 
Paylaş: