Qadın hüquqşünas işləyə bilərmi?

    19.03.2018
Kimdən: 
Allahın bedbext qulu
Sual: 
Salam Aleykum Rahmatullahı Berekatuhu.Sıze bır nece suallarım olacaq.1.Haram sevgıden nece qurtulmaq olar. 2.Qadın huquqsunas ısleye bılermı.3Eger muellım elm oyredırse evezınde pul alırsa ona savab vardır yoxsa gunah. 4.Men artıq delı olmusam.Seytanın vesveselerınden qurtula bılmırem.Allaha sıgınıram fayda vermır.Eveller ımanım guclu ıdı ındıse zeıfdır.Dua bele ede bılmırem.BU ALlahın sınagı ola bılermı.5.Heyvanlar Allaha sukur edırlermı.6.Men dınle mesgul oluram.Amma atam mene deyırkı sen delısen bele seylerle mesgul olma elmle mesgul ol.Men onsuzda elmle mesgul oluram.Hetta anam namaz qılır oda bunu deyır.Qohumlarımın ekserıyyetı de.BU Allahın sınagı ola bılermı.COX sagolun ındıden.
Cavab: 
Va aleykumus-Sələm və rahmətullahi va bərakətuhu.
1. Bu cavabları oxuyun:
2. Əgər qadının işləməyinə ehtiyacı varsa və həyat yoldaşı ona icazə verirsə, qadın münasib işlərdə, o cümlədən hüquq sahəsində işləyə bilər. Həmçinin oxuyun:
3. Pul müqabilində elm öyrətmək olar. Həmçinin oxuyun:
4. Ümumən insanın başına gələn hər bir çətinlik Allahın sınağıdır. Allah onunla bəndələrinin günahlarını yuyur, onların dərəcələrini artırır. Sizdə olan bu hal indiki dövrdə bir çox insanların düçar olduğu sıxıntıdır. Belə olan vəziyyətdə şeytanın atdığı vəsvəsələri düşünməyin, şeytanın Allah barəsində atdığı pis və qorxulu fikirlərdən narahat olmayın, həyəcanlı halda dua etməyə çalışmayın, bütün ağlınıza gələn pis fikirləri səfeh şeytanların əsassız vəsvəsələri hesab edin və başınızı dini fikirlərdən başqa gündəlik həyatınızla bağlı məsələlərlə məşğul edin. Həmçinin oxuyun:
5. Uca Allah Qurani-Kərimdə hər bir məxluqun, həmçinin heyvanların Allahı zikr edib şəninə təriflər dediyi haqda xəbər verir: "Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır". (əl-İsra, 44).
"Məgər göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allaha təriflər dediklərini görmürsənmi? Hər biri öz duasını və həmd-sənasını bilir. Allah onların nə etdiklərini bilir". (ən-Nur, 41).
"Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir". (əl-Hədid, 1).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) yolda gedərkən bir qrup insana rast gəldi. Minik heyvanlarının üzərində oturmuş halda (söhbət edirdilər). Onlara belə buyurdu: "Heyvanlarınıza, onları yormadan gözəlcə minin və (istifadə etmədiyiniz zaman da) gözəl bir şəkildə buraxın, istirahət etdirin. Onları yollardakı və küçələrdəki söhbətləriniz üçün kürsü halına gətirməyin. Neçə-neçə minilən heyvanlar vardır ki, belinə minəndən daha xeyirlidir və Uca Allahın ondan daha çox zikr etməkdədir". (İmam Əhməd, 3/439).
6. Hər bir işdə Allahın sınadığını düşünmək doğru deyildir. Dinlə məşğul olmaq Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) bizə buyurduğu şəkildə olmalıdır. Uca Allah dində həddi aşmağı qadağan etmişdir. İbadətlər insanı özünə və ailəsinə aid olan digər əməllərdən məhrum etməməlidir. 
Paylaş: