İstixarə namazını qılaraq qəlbinə hiss gəlməsi barədə

    24.06.2018
Sual: 
Salam.Birinci sualım odur ki,istixarə namazı qıldığım vaxt Allaha sığınıb nəyin doğru olacağını bildirməsini istədikdə,qəlbimə doğru yolu salmasını istədikdə Allahu-Təala məni sınağa çəkməz düzdümü? Yani ürəyimə saldığı şey doğru yoldur və məni imtahan etməkçün doğruymuş kimi ürəyimə salamaz düzdümü?.İkinci sualım budur ki,qardaşımın toyuna yaxın dırnağımı azca uzatsam olar?.Onsuz dırnaq uzatmıram amma qardaşımın toyuna görə çox deyil azca uzatmaq olar?.Üçüncü sualımsa odur ki,hər dəfə namaz qılarkən bağışlayın ifadəmə görə arxa hissədən qaz çıxır.Ancaq namaz ərəfəsində olur çox vaxt.Mən iki,üç dəfə dəstəmaz almalı oluram bəzən.Bəzən bir damcı qaz olur adi onda da dəstəmaz almalıyam.Nə edim
Cavab: 
Va aleykum Salam.
1. Və aleykum Salam. İstixarə namazını qıldıqdan sonra qəlbinə hiss gələcəyini və ya yuxuda hansısa əlamət görəcəyini gözləmək doğru deyil. Bir işi görmək istəyən şəxs istixarə namazı qıldıqdan sonra bu işdə təcrübəsi olan insanlarla məsləhətləşib həmin işi görməyə cəhd etməlidir. Xeyirlidirsə, həmin işin alınacağına, ziyandırsa, alınmayacağına ümid edilir. Daha ətraflı: 
2. Dırnaqları uzatmaq bəyənilmir və Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bizə dırnaqları vaxtında tutmağı buyurmuşdur. Daha ətraflı:
Dırnaqları uzatmaq günahdırmı?
3. Qeyd etyiniz məsələ şeytanın vəsvəsəsidir. Buna fikir vermədən namazınızı qılmağa davam edin. Daha ətraflı:
Teqlər: 
Paylaş: