Əməliyyat səbəbilə rüku və səcdəni tam yerinə yetirə bilmədiyim üçün namazı necə qılım?

    20.11.2018
Sual: 
Salam eleykum.Men sidiy saxlamamaqla baqli xestekikden nece ildi ki eziyet cekirem.Men Namazi saxlamaq mecburuyetinde qalmisam. Bu axxinti qeyri ixtiyari axibti olur.Men nece edim. Namaz qilim. Qorxuram Namaza baslayayan zaman Namaz vaxti da6anmadan axintisi olar.Ve burun emeliyatida olmusam secdeye ve rukuya tam gede bilmirem. Cevsb yazsaz cox sad olaram ve meni bu narahatciliqdan qurtararasiz.Yuxaridaki bezi soze gore uzur isteyirem.
Cavab: 
Va aleykum Salam. Qadın yalnız heyz (aybaşı) və nifas (doğuşdan sonra qırx gün ərzində baş verən qanaxma) olmaqla iki halda namazları tərk edir. Qeyd etdiyiniz hal isə namazı dayandırmağa əsas vermir. Bu hal sizdən asılı olmayaraq baş verdiyinə görə üzrlü sayılırsınız. Hər namazdan qabaq dəstəmaz alıb namazınızı qılın və sidiyin gəlməsinə artıq fikir verməyin. Daha ətraflı:
Burun əməliyyatına görə namaz qılarkən rüku və səcdə edə bilmirsinizsə, sağalana qədər oturaraq və ya sizə rahat olan şəkildə namaz qıla bilərsiniz. Uca Allah hər bir halda namazı asanlaşdırmışdır. İmran ibn Husayn (Allah ondan razı olsun) demişdir: "Mən babasil xəstəliyi­nə tu­tulmuşdum. Odur ki, Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) bu vəziyyətdə namaz qılmaq barə­sində soruşdum. O dedi: "Namazı ayaq üstə qıl, bacarmırsansa, oturan yerdə qıl, bu­nu da bacarmırsansa, uzanan yerdə qıl". (əl-Buxari, 1117). Həmiçin, əməliyyatınıza görə dəstəmaz almaqda çətinlik çəksəniz, təyəmmüm edə bilərsiniz. anız günah daşıyırsınız. Daha ətraflı:
Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?
Xəstə olarkən oturaraq və ya uzanaraq namaz necə qılınır?
Paylaş: