Ayağa məsh çəkmək məsələsində həddən artıq diqqətli olduğum üçün əziyyət çəkirəm...

    18.12.2018
Sual: 
Salam.Sualim ayaga meshle baglidir.Meshi topuqlara qeder cekmek lazimdir.Ama men eziyyetde,olruam.Cox diqqetliyem.Etrafdaki insanlar mesh cekir ama menim qeder fikir vermirler.topuq deyende,ayagla qici ayiran xetti anlayiram.Yeni bu xettin önemi coxdumu xetden yuxari ve ya asagi olsa problemdimi? Men sistani agaya teqlid edirem cavabi ondan öyrene bilmedim ona gorede size yaziram.Tesekkurler
Cavab: 

Və aleykum Salam. Dəstəmaz aldıqda ayaqları yumaq vacibdir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun". (əl-Maidə, 6).
Ancaq bununla yanaşı dəstəmaz aldıqdan sonra corab geyinsəniz, növbəti dəfə dəstəmaz aldıqda ayaqları yumaq əvəzinə adi qaydada əlinizlə corabın üzərinə məsh çəkə bilərsiniz. Muğira ibn Şu'bədən (Allah ondan razı olsun) rəvayət olunur ki, o, Peyğəm­bərlə (salləllahu aleyhi va səlləm) birlikdə sə­fər­də ikən Peyğəm­bər (salləllahu aleyhi va səlləm) təbii ehtiyacını rəf etmək üçün subaşına şıxdı. Sonra Mu­ği­ra onun əllərinə su tökdü və o, dəstəmaz aldı – üzünü və qollarını yudu, başına və xoflarına məsh çəkdi. (əl-Buxari, 182). Xof - dəridən düzəldilən ayaqqabıya deyilir. Məshin maksimum müddəti bir gün, səfərdə olan üçün isə üç gündür. 
Ayaqlarınıza məsh çəkdiyiniz zaman da topuqlara və ya qeyd etdiyiniz digər xırdaçıqlara fikir verməyin. Dində çox dərinə, xırdaçılığa getmək olmaz. Çünki dərinə getdikdə artıq şeytanın istədiyini edirsiniz. Əgər şeytanın şübhələrinə əhəmiyyət versəniz, sizdən daha çox diqqət və şübhə tələb edəcək və vəsvəsələrin sayı artacaq. Həmçinin oxuyun:
Dəstəmaz alanda yalın ayağa, yoxsa corabın üstündən məsh çəkilməlidir?
Xöfflərin (ayaq üçün, dəridən hazırlanmış geyim) üzərinə məsh etmək
Nəyə görə dində çox dərinə getmək olmaz?
Həmçinin, İslamda hər hansı bir şəxsə də kor-koranə təqlid etmək olmaz. İslama görə tabeçilik yalnız Allah və Onun Rəsulunadır. Uca Allah belə buyurur: "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!" (əl-Əhzab, 21).
"Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!" (əl-Əhzab, 36).
Daha ətraflı:
İslamda təqlid varmı?
Kimlərə təqlid etmək olar?

Teqlər: 
Paylaş: