Qadın necə dəstəmaz almalıdır? Namazı vaxtında qıla bilməsək nə etməliyik?

    27.03.2019
Sual: 
Salam Aleykum. Qadinlar ne formada destinamaz almalidir?Qeza varmi namazda? Namazi vaxtinda qila bilmedikse ne etmeliyik?
Cavab: 
Və aleykum Salam.
Dinimizdə dəstəmaz almaq və namaz qılmaqda qadınlar və kişilər arasında fərq bildirilməyib. Qadınlar da, kişilər də peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) öyrətdiyi kimi dəstəmaz alıb namaz qılmalıdırlar, çünki Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) ümumi olaraq hamı üçün buyurub ki, "Məni necə namaz qılan gördünüzsə, siz də elə namaz qılın". (Səhih əl-Buxari, 631). Daha ətraflı:
Müsəlman çalışmalıdır ki, namazlarını vaxtında qılsın və bilərəkdən və heç bir üzürlü səbəb olmadan namazı gecikdirərək qəzaya buraxmasın. Uca Allah buyurur: "Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238).
Vaxtı gecikdirilərək qəza edilmiş namazı imkan yaranan kimi qılmaq lazımdır. Qəza namazının qılınma qaydası adi namazla eynidir.
Üzrlü səbəb olmadan isə namazın vaxtını uzadıb son vaxtında qılmaq bəyənilmir. Onu da qeyd edək ki, bir namazın vaxtı növbəti namazın vaxtının girməsinə qədərdir. Həmçinin, namazları vaxtı girən kimi qılmağın savabı daha çoxdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bu haqda belə buyurub: "Əməllərin ən xeyirlisi vaxtında qılınan namazlardır". (Səhih əl-Buxari "Məvaqit", 162).
İslam alimlərinə görə ən fəzilətli vaxt ilk yarım saatdır. Lakin keçmiş illərin qəzasını qılmağa ehtiyac yoxdur. Daha ətraflı:
Teqlər: 
Paylaş: