Namaz qılmayanın Quran oxuması nə dərəcədə düzgündür?
Sual:
Salam. 1) Namaz qılmıram. Ama Quranı oxumağı çox istəyirəm . Quranı oxumağım nə dərəcə düzgün olar belə halda ?
2) Evdə it saxlamaq günahdı ?
Cavab:
Və aleykum Salam.
1. Quran oxumaq ən fəzilətli və Allaha yaxınlaşdıran əməllərdən biridir. "Quran" sözünün mənası da elə ərəb dilində "çox oxunan" deməkdir. Quran qəlblərə hidayət və şəfadır. Uca Allah belə buyurur: "De: "O (Quran), iman gətirənlərə doğru yol göstəricisi və şəfadır". (Fussilət, 44).
Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Quran şəfaət edən, şəfaəti qəbul olunan və (onu əməl etməyənlərin) əleyhinə şahidlik edəndir və şahidliyi təsdiqlənəndir. Kim (Quranı) özünə rəhbər tutarsa, onu Cənnətə aparar. Kim də ona arxa çevirərsə, onu Cəhənnəmə aparar". (ət-Tabərani "Mu'cəmul-Kəbir" 8655, 10450; İbn Hibban, 124).
Hədisdən göründyü kimi Quranı oxumaqla bərabər orada buyurulanları əməl etmək lazımdır. Quran onu oxuyub əməl etməyənlərin əleyhinə şahidlik edəcək. Quranın buyurduğu əməllərdən biri də namazdır. Quranda ümumilikdə 85 dəfədən çox namaz qılmaq buyururlur. Quranda gələn ilk əmr də namazdır. Uca Allah buyurur: "Əlif Ləm Mim. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır. O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər". (əl-Bəqərə, 1-3). Həmçinin oxuyun:

Namaz qılmayıb, amma islamın digər qaydalarına əməl etsəm, bağışlanarammı?
Namaz qılmayıb sadəcə Allahı zikr etməklə kifayətlənmək olar?
Namaz qılmasam, Cənnətə girə bilərəm?
Namaz qılmayıb sadəcə Allahı zikr etməklə kifayətlənmək olar?
Namaz qılmasam, Cənnətə girə bilərəm?
2. Bu cavabları oxuyun: