Bilməyərək nəcasətin bulaşdığı yerdə qıldığım namaz batil olurmu?

    21.10.2019
Kimdən: 
???
Sual: 
Menim sualim buduki qizim 3 yawindadi bezen olur eve bilmeden sidiy qacirir mende namaz qiliram bilmek isdiyirem qizim sidik batirdigi yeri gormesem qurusa men orda namaz qilsam ve yaxudda orda gezsen dest namazim pozulur ve yaxudda namazim baytil olur ?
Cavab: 

Əs-Sələmu aleykum. Namaz qılan yerin və paltarın nəcasətdən təmiz olması namazın şərtlərindən biridir. Əgər namaz qılınan yerdə nəcasət varsa və namaz qılan şəxs də bunu bilirsə, onun namazı səhih deyil. Bu səbəbdən namaz qılan insan paltarının və namaz qılınan yerin təmiz olmasına diqqət etməlidir. 

Həcmi böyük olan palazın və ya xalçanın üzərinə sidik düşərsə, sidik düşən yerə su tökərək salfetka və ya parça ilə təmizləmək lazımdır. Əgər palaz və ya xalça kiçik həcmli olarsa, o zaman adi qaydada su ilə yuyulmalıdır. Əgər nəcasət dəyən yer yuyulmadan öz-özünə quruyar və nəcasətin yeri və ya iyi qalarsa, bu, nəcasətin təmizlənməsi anlamına gəlmir. Nəcasətin təmizlənməsi dedikdə, hansı üsulla olursa-olsun nəcasəti aradan qaldırmaq nəzərdə tutulur. Əgər nəcasət özü və iyi qalmayacaq dərəcədə quruyarsa, bu halda yeri qalsa belə nəcasət təmizlənmiş sayılır. 

Bu səbəbdən sidik dəyən yerin üzərinə dərhal su tökün və suyu özünə çəkə bilən parça və ya salfetka ilə təmizləyin. Əgər palazda nəcasətin olub-olmamasına əmin deyilsinizsə və yerdə sidik əlaməti yoxdursa, bu halda namazı qılın. Çünki nəcasət olduğunu yəqin bilmədiyiniz yer təmiz sayılır. İslam şəriətinə görə nəcasətin olması yəqin bilinmədiyi təqdirdə paltar və yerlər təmiz sayılır. Bu halda qıldığınız namazlar da qəbuldur.

Nəcasət olan yerdə gəzmək dəstəmazı pozmur. Çünki bədənə dəyən nəcasətlə dəstəmaz pozulmur. Lakin əgər nəcasət yaş olduğu halda bədənə dəyərsə, sadəcə nəcasətin bulaşdığı yeri yuyaraq təmizlənmək kifayət edir. Həmçinin oxuyun:

Murdar şeylərdən təmizlənməyin üsulları

Körpə uşaqların sidiyini yumaq barədə 

Namazın şərtləri hansılardır?

Dəstəmazı pozan amillər

Paylaş: