İçində küfr olan oyunları oynayan kafir olurmu?
Sual:
salam menim 14 yaşım var.mason ne demkekdir?men bir internet oyunu oynadım ve hemin oyun masonlara aid idi elleri altında idi.Sonra men küfr etmeye tövbe etdim.ve özüm-ozume didimki bu oyunu bir de oynasam kafir olum.heç bir Allaha qarşı küfr etmesemde bu oyunu oynsamda kafir sayılarmıyam.Size bu sualı yazsamda kafir sayılarmıyam?2.xahiş edirem derslerde heves yaratmaq üçün dua yazın.Xisletden qurtulmaq üçüün dua yazın xaiş edirm tez cavab yazın.eger men hal-hazırdada küfr ediremse mene çare yolu gösterin.xaiş edirem adımla müraciet edin mene
Cavab:
Və aleykum Salam.
1) Qeyd etdiyiniz oyunları oynamaqla insan küfr etmiş və ya kafir sayılmaz. Ancaq, istənilən halda içərisində günah, küfr, şirk səhnələr olan oyunları oynaqmdan çəkinmək lazımdır. Bu kimi sualları hər hansı bir sayta ünvanlamaq da insanı kafir etmir. Belə fikirlər əslində şeytanın bir vəsvəsəsidir. Vəsvəsəyə isə fikir vermək lazım deyil. Çünki, vəsvəsəyə fikir verdikdə o daha da arta bilər. Həmçinin oxuyun:
2) Dinimizdə elmə, dərslərə həvəsin yaranması, marağın artması üçün hər hansı xüsusi bir dua mövcud deyil. Bu cavabları oxuyun:
3. Bunu oxuyun: Şeytanın vəsvəsələrindən necə xilas olmaq olar?