Qüsl alarkən başı yumamaq olarmı?
Sual:
Salam.xahish edirem sualima cvb vererdiz.aileli qadin qusul almasi uchun mutleq bashdan ayaga dush qebul etmek lazimdir? Chunki qish feslinde mumkun olmur tez xestelenir insan.demeyim odurki qusulu bashi suya salmadan almag olar ele bir istisna varmi evli olanlar uchun? Evvelceden twk edirem.
Cavab:
Va aleykumus-salam. Qüsl alarkən bütün bədənə, eləcə də saçların dibinə suyun dəyməsi vacibdir. Yalnız saçlarını hörən qadına cənabət qüslü alarkən hörüyünü açmadan başını yumasına icazə verilir. Bu barədə oxuyun:
Qüsl necə alınır və onu pozan amillər hansılardır?
Saçları islatmadan qüsl almaq olarmı?
Qüsl aldıqda xəstələnmək təhlükəsi varsa, təyəmmüm edib namaz qılmaq olar. Həmçinin oxuyun:
Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?
Qışda şərait olmadığı üçün sübh namazını qəza edə bilərəmmi?
Qüsl əvəzinə təyəmmüm, sonrakı namazda da dəstəmaz almaq olarmı?