Üzərinə uşağın sidiyi dəymiş xalçada namaz qılmaq olarmı?

    29.04.2020
Kimdən: 
Afos
Sual: 
Salam eger korpe usag xalca uste siyerse o xalca ustunde namaz gilmak olarmi?
Cavab: 

Aleykum salam. Namazın qəbul olması üçün vacib şərtlərdən biri də namaz qılınan yerin təmiz olmasıdır. Sidik, nəcis (murdar) sayıldığı üçün namaz qılınan yerə dəydikdə, o yerin təmizlənməsi vacibdir. Əgər körpə oğlan uşağıdırsa və yalnız ana südü ilə qidalanırsa, onun sidiyi dəyən yerə su çiləmək kifayət edir. Yox, əgər qızdırsa və ya artıq yemək yeyən oğlan uşağıdırsa, onların sidiyi dəyən yer yuyulmalıdır. Həmçinin oxuyun:

Paylaş: