Səhabələr nə üçün Əliyə qarşı çıxıblar? Heyz halında yaxınlıq etməklə bağlı hədis varmı?

    22.02.2022
Kimdən: 
Haqqın Təmsili Əlidir.
Sual: 
Salam. Sizə iki sualım var. 1.İmam Əli haqdır və səhabələr bunu bilirdi onda səhabələr(əbu bəkr və ömər və osman)niyə ona haqqı olanı vermədilər və Xanım Fatiməyə o cür işkəncə etdilər? 2.Səhih Buxaridə Aişə deyirki: mən Heyz halında olarkən Peyğəbmərlə yaxınlaşdım.Amma Dinimiz də bu qadağandır.Onda Aişə yalanmı dedi?(əks halda Peyğəmbər dinə qarşı olacaq bir şey etməz!)
Cavab: 

Va aleykum Salam.

1. Səhabələr Əliyə (Allah ondan razı olsun) qarşı olmayıblar. Onların biri-birilərinə olan düşmənçiliyi haqda nəql olunan rəvayətlərin hamısı uydurmadır. Əksinə, onlar daima biri-birinə dəstək olan mömin qardaşlar olmuşlar. Əgər Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Əlini xəlifə olaraq vəsiyyət etsəydi, səhabələr (Əbu Bəkr, Ömər, Osman və s.) bunu mütləq həyata keçirərdilər. Ümumiyyətlə səhabələr heç vaxt dünya malına, ad-sana və vəzifəyə həris olmayıblar. Onların bütün həyatı Allahın dinini ucaltmaq və Uca Allahı razı salacaq əməllər etməklə keçmişdir. Bir döyüşdə Əbu Bəkr malının hamısını, Ömər isə (Allah onlardan razı olsun) malının yarısını Allah yolunda vermişlər. İslam dini bizə səhabələr vasitəsilə gəlib çatmışdır. Əgər biz bu gün səhabələri Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəsiyyətini yerinə yetirməməkdə ittiham ediriksə, bu halda dinimizə və Qurana tənə edirik. Çünki Quran və hədisləri bizə onlar çatdırmışlar. 

Səhabələrdən kiminsə Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) qızı Fatiməyə işgəncə verməsinə gəlincə, bu da növbəti yalandır. Belə deyənlər əslində Hz. Əliyə (Allah ondan razı olsun) tən etmiş olurlar. Əli (Allah ondan razı olsun) çox güclü, cəsarətli və haqqı deməkdən çəkinməyən bir səhabə olmuşdur. Sizcə Əli həyat yoldaşı, Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) qızı Fatiməyə işgəncə verilməsinə izn verərdimi? Belə deməklə onlar Əlinin (Allah ondan razı olsun) dərəcəsini alçaldırlar. Daha ətraflı oxuyun:

2. Dinimizdə kişinin heyzli qadınla cinsi əlaqəyə girməsi haramdır. Uca Allah buyurur: "Səndən heyz barəsində soruşurlar. De: "Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın. Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da". (əl-Bəqərə, 222).

Əminliklə deyə bilərik ki, Səhih Buxaridə belə bir hədis yoxdur. Səhabələrə tənə edən bəzi azmış insanlar bunu özlərindən uydurmuşlar. Dinimizdə heyzli qadınla cinsi əlaqədə olmadan həzz almaq icazəlidir. Əksinə biz Səhih Buxariyə baxsaq görərik ki, Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bunu qadağan etmişdir və zövcələrindən biri heyz olduqda fitə (göbəklə diz arasını örtən parça) geyinməklə onlara toxunardı. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, mən heyzli olduqda Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) mə­nə (ayıb yerlərimə) fitə bağlamağı əmr edər, sonra da əllərini bədənimə toxun­du­rardı. (əl-Buxari, 299-301). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Kim aybaşı olan qadınla və ya qadına arxa orqanından yaxınlıq edərsə, yaxud sehrbazın yanına gəlib onun dediklərini təsdiqlə­yərsə, artıq Muhəmmədə (salləllahu aleyhi və səlləm) nazil olanı inkar etmişdir". (ət-Tirmizi, 135; İbn Məcəh, 639). Həmçinin oxuyun:

Heyz bitdikdən sonra qüsl almamış cinsi əlaqədə olmaq olarmı?
Heyzli qadına cinsi yaxınlıq edənin hökmü

Teqlər: 
Paylaş: