Gecə namazı qıldıqdan sonra yatağa qayıdarkən zikirlər təkrar deyilirmi?

    10.12.2023
Kimdən: 
Orxan
Sual: 
Əssələmu Aleykum.Valideynlərim mənim niqablı qız ilə evlənməyimə icazə vermir nə edim?dünyavi qız almağ istəyirlər mənə.Onlara bu məsələdə itaət etməyirəm. Gecənin 3də birində namazı qılb yenidən yatanda yenə yatmamışdan əvvəl edilən zikirlər təkrar edilir?övrətdə kanlada yuyunduğdan sonra damcılar qalır və bə böyük ehtimalla da al paltar tökülür nə edim?birdə su başına çıxdıqdan sonra dərhal dəstamaz almaq lazımdı yoxsa gözdmək,bir yerdə eşidmişdim 40addım falan gəzməlisən deyir doğrudu?mən bütün fərz və nafilə namazlarda hər səcdədə və hər salamdan qabaq dua edirəm yəni hədisdə deyildiyi kimi bunu hər dəfə etmək bidət deyil ki? əsgərlikdə namazın vaxtların necə bilim tel.icazə vermirlər
Cavab: 

Və aleykum Salam. 

1) Bu cavabları oxuyun:


2) Yatağından namaz qılmaq, yemək yemək və s. bu kimi əməllər üçün uzun müddətə qalxan şəxs yenidən yatağına qayıtdıqda yatarkən deyilən zikrləri yenidən deməlidir. Həmçinin oxuyun:

3) Subaşına çıxdıqdan sonra övrəti sadəcə yumaq lazımdır, sıxmaq və ya silkələmək düzgün deyil və bu əməl vəsvəsələrin artmasına gətirib çıxarır. Subaşına çıxdıqdan sonra 40 addım gəzmək barədə dinimizdə heç bir şey buyurulmayıb. Ətraflı bu cavabı oxuyun:

4) Səcdədə dua etmək müstəhəb əməldir. Lakin duanı həmişə salamdan əvvəlki səcdədə etmək doğru deyil. Bütün səcdələrdə dua etmək lazımdır. Ətraflı oxuyun:

5) Əgər telefon gəzdirməyə icazə yoxdursa aylıq namazın vaxtlarını kağızda çap etdirib özünüzdə saxlayın.

Teqlər: 
Paylaş: