Tər qoxusu verən adam məscidə gedə bilərmi?

    04.07.2024
Sual: 
Esselamu Aleykum 1)Fatihe suresinde ayeti sehv deyib sonra sonra tezden düzeldib desem axırda sehv secdesi edilir? 2)Evde Bir Nefer Azan Verse Ona Qoşulmuyan günah Qazanır? 3)Bezen her hansı Bir Elm telebesinin videosuna zeif sesle çıxan musiqi qoyurlar onlara baxmaq icazelididr? 4)Terli Halda Mescidde Camaat Namazına Qoşulmaq Olar?
Cavab: 

Və aleykum Salam.

1) Sizin qeyd etdiyiniz halda səhv səcdəsi etməyə ehtiyac yoxdur. Bu cavabı oxuyun:

Namazın sözlərini səhv dediyinə şübhə edərək təkrar demək namazı batil edirmi?

Namazda hər xırda səhvə görə səhv səcdəsi etmək düzgündürmü?


2) Xeyr, günah qazanmır. Lakin camaatla qılınan namaz daha fəzilətlidir. Həmçinin oxuyun:


3) Bu cavabı oxuyun:


4) İnsanlara əziyyət verəcək dərəcədə tər qoxusu verən insanın məscidə getməsi doğru deyil. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) pis qoxu verən halda məscidlərə getməkdən cəkindirərək buyurur: "Kim bu pis qoxu verən tərəvəzlərdən (sarımsaq və soğan) yesə, məscidimizə gəlməsin. Həqiqətən mələklər insanların xoşlanmadığı şeylərdən xoşlanmazlar". (Muslim, 564). Məscidə gedərkən məscid ədəblərinə riayət etmək lazımdır. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: