Bitkilər canlı sayılırmı?

    18.10.2024
Kimdən: 
Mövlan
Sual: 
Salam aleykum 1)Bitkilər canlı sayılır və sayılırsa dəlil nədir?2)Azanı namazda tək olsam və yaxud cüt olsam səssiz oxusam olar həmçinin iqamə? 3)Quranı əzbərləmək üçün xüsusi qaydalar nədir?4)Ata ilə ana boşanmışa uşaq anası ilə qalır.İndi atasına(qocalsa və s) baxması ziyarət və s vacibdir?5)Bismilləh demək qüslda,dəstəmazda nə ücün vacib deyil?6)Yaşadığım məntəqədə hamam opşidir.Ora girərkən nə deməliyəm?7)niyyətində oruc tutmq olmasa,səhər dursan acqarnına davam edə bilərsən axşama kimi?8Ayaqyolna girməmişdən əvvəl edilir zikr ya girdikdən sonra?9Mədinə kitablarını bitirsəm ərəbcə biraz öyrənə bilərəm? Allah sizdən razıı olsunn.Əmin
Cavab: 

Və aleykum Salam. 

1) Bəli, bitkilər canlı sayılır, çünki onlar da su ilə qidalanır, artır və sonda məhv olurlar. Uca Allah buyurur: "Biz hər bir canlını sudan ya­rat­dı­ğı­mızı gör­mürlərmi? Ye­nə­dəmi inan­mır­lar?" (əl-Ənbiya, 30). Ümumiyyətlə canlılar iki qisimdir: birinci: ruhu olan canlılar. Bunlara insanlar və heyvanlar aləmi daxildir. İkincisi: ruhu olmayan canlılar. Bunlar bitkilərdir. Bu səbəbdən dinimiz ağaclara və bitkilərə zərər verməməyi buyurmuşdur. Ərtaflı oxuyun:


2) Bu cavabları oxuyun:

Namazdan əvvəl azan və iqamə vermək vacibdirmi?


3) Quran əzbərləmək üçün xüsusi qaydalar yoxdur. Sadəcə münasib vaxt seçmək və müəllim vasitəsilə əzbərləmək tövsiyə olunur.


4) Valideynlər boşanmış olsa belə, övlad atasına baxmalı və onun qayğısına qalmalıdır. Ətraflı oxumaq:

Övladın valideyn üzərində haqları barədə

Ata ilə küsülü qalmaq olarmı?


5) Bu cavabları oxuyun:


6) Fərq etməz, istər ümumi olsun, istər fərdi, hamama girərkən bu dua deyilir:
 [Bismilləh] [Allahummə inni əuzu bikə minə-l-xubsi va-l-xabəis]
 "(Allahın adı ilə!) Allahım, pislikdən və pis əməllərdən (erkək və dişi cinlərdən) Sənə sığınıram!" (əl-Buxari, 1/45; Muslim, 1/283).

7) Bu cavabı oxuyun:

8) Zikr ayaqyoluna girməzdən əvvəl edilir. Ətraflı oxuyun:

9) Bəli, Mədinə İslam Universitetində tədris olunan "Ərəb dili bilməyənlər üçün ərəb dili dərsləri" kitabını tam bitirsəniz ərəbd dilini müəyyən səviyyədə öyrənmiş sayılırsınız. 
Teqlər: 
Paylaş: