ət-Tariq surəsinin ərəbcəsini yaza bilərsinizmi və digər suallar

    14.12.2014
Kimdən: 
ü
Sual: 
Salam Aleykum. Mənim 5 sualım var. Xahiş edirəm 5-ini də ayrı-ayrılıqda və ətraflı cavablandırın. Xahiş edirəm hazır link atmayın. Özünüz cavablandırın. 1. Ət-Tariq surəsinin ərəbcəsini mənə yaza bilərsinizmi? 2. Ət-Tariq surəsinin yuxuda cənabət olmamaq üçün təsirli olduğunu deyirlər. Bu doğrudurmu? 3. "Möhtəlim" sözünün mənası tam olaraq nə deməkdir? 4. Mən yuxuda naməhrəm görmüşəm (mən qızam, yəni bunu yazan qızdır, kişi deyil). Amma şəhvətləndiyimi və ya cünub olduğumu xatırlamıram. Yuxudan duranda alt paltarım bulaşmasa da nəmlik vardı. Amma bunun sperma olmasına inanmıram. Çünki qatı və krem şəklində bir maye idi. Bu maye məndən adətən ayaq üstə çox duranda, yol gedəndə gəlir. Bir də gecə ayaqyoluna getmə gərəyi hiss etdim, amma getmədim. Bundan olmuş ola bilərmi? İndi görəsən mənim boynuma qüsul düşür? 5. Qüsl almaq neçə dəqiqəyə başa gəlir? Bu məndə 45-50 dəqiqəyə başa gəlir və məni çox yorur. Çünki tam suya batmağıma əmin ola bilmirəm. Nə edim? Çarəsizəm. Nə edim? Xahiş edirəm, mənə bu vəsvələrdən qurtulmaq üçün təsirli dua deyin, oxuyum. Allah sizdən razı olsun. Amin.
Cavab: 

Aleykum salam.
1.
Bismilləhi-r-rahməni-r-rahim.
Va-s-səməəi va-t-taariq.
Vamə ədraakə mə-t-taariq.
Ən-nəcmu-s-səəqib.
İn kulli nəfsil-ləmmə aleyhə həəfız.
Fəl yənzuri-l-insəənu mimmə xuliq.
Xuliqa mim məəin dəəfiq.
Yəxrucu mim beyni-s-sulbi va-t-təraaib.
İnnəəhu alə rac'ihi ləqaadir.
Yovmə tublə-s-səraair.
Fəmə ləhu min quvvatin valə nəəsır.
Va-s-səməəi zəti-r-raci'.
Va-l-ardi zəti-s-sadi'.
İnnəhu ləqavlun fasl.
Vamə huvə bi-l-həzl.
İnnəhum yəkiiduunə keydə.
Va əkiidu keydə.
Fəməhhili-l-kəəfiriinə əm'hil'h
um ruvaydə.
Mənaca tərcüməsini isə buradan oxuya bilərsiniz: ət-Tariq surəsi

2. Bu surənin yuxuda cünub olmaqdan qoruduğu haqqında Quran və Sünnədə səhih məlumat yoxdur. Ən doğrusunu Allah bilir.  Belə yuxulardan qorunmaq üçün burada yazılanları edin: Pis yuxular şeytan işidirmi?

3. Möhtəlim - yuxuda orqanizmindən sperma xaric olan deməkdir. 

4. Bu barədə peyğəmbərə (salləllahu aleyhi və səlləm) sual verdikdə buyurub ki, əgər çox miqdarda və qatı mayedirsə, bu zaman qüsl almaq lazımdır. Ancaq sadəcə nəmlənibsə, bu məni (sperma) yox məzidir. Məzi isə qüslu yox, dəstəmazı pozur. Belə olduqda həmin paltarı dəyişib dəstəmaz almaq lazımdır.

5. Qeyd etdiyiniz hal şeytanın vəsvəsəsi ilə bağlıdır. Vəsvəsə ilə mübarizə aparmağa başlasanız, daha da çoxalacaq, ona görə də ona əhəmiyyət verməmək lazımdır. Qüsl almaq bir neçə dəqiqə çəkməlidir, bədəninizin hər yerini adi qaydada yuyun, "bu zaman bütün nöqtələrə su dəydimi?" deyə düşünməyin. Uca Allah buyurur: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir". (Fussilət, 36).
Bu barədə daha ətraflı: 
Şeytanı və onun vəsvəsələrini uzaqlaşdıran dua
Dəstəmazdan əvvəl edilən zikr
Dəstəmazdan sonra edilən zikr
Ayaqyoluna (və ya hamama) girərkən edilən dua
Ayaqyolundan (və ya hamamdan) çıxarkən edilən dua

Paylaş: