Cihad nə deməkdir?

    06.02.2014
Sual: 
Salam aleykum. Zəhmət olmasa mənə cihadın nə olduğunu ətraflı izah edəsiz. İndidən Allah razı olsun.
Cavab: 

Aleykum salam. Ümumiyyətlə toxunduğunuz məsələ geniş və izaha ehtiyacı olan bir mövzudur. Çünki cihad ibadətin bir növü olub, digər ibadətlər kimi onunda öz qaydaları, növləri və şərtləri vardır. Ümumən ərəb dilində "Cihad" sözü, "Cəhd" sözündən götürülmüşdür. Bu söz də taqət və məşəqqət mənasını verir. Cihad dedikdə isə var qüvvəsi, bütün çətinliklərə sinə gəlib düşmənə qarşı döyüşmək və ya onu özündən dəf etmək mənası anlaşılır. Cihad Allah rizası üçün olmadıqca, Allahın adının uca tutulması üçün edilmədikcə, haqqı dəstəkləyib, batili rədd etməyincə həqiqi cihad sayılmır. Bundan qeyrisini özünə məqsəd etdikdə, dünya üçün çalışıb-vuruşduqda bu həqiqi cihad sayılmır. Kim hansısa vəzifəyə nail olmaq, qənimət sahibi olmaq, öz şücaətini göstərmək, şöhrət qazanmaq üçün döyüşərsə onun savabdan heç bir payı yoxdur. Əbu Musa (Allah ondan razı olsun) deyir ki, bir kişi Peyğəmbərin (Allahın ona və ailəsinə salamı və salavatı olsun) yanına gəlib dedi: "Bir kişi qənimət, digəri xatirələrdə yaşamaq, başqası isə özünü göstərmək üçün döyüşürsə, onların hansı Allah yolundadır? Peyğəmbər (s.a.s) dedi: "Kim, Allahın adı yüksəlsin deyə döyüşərsə, o, Allah yolundadır". (Səhih əl-Buxari; Səhih Muslim; Sunən Əbu Davud; Sunən ət-Tirmizi). Həmçinin oxuyun:
Allah yolunda döyüşməyin fəziləti
Cihad etmək kimə vacibdir?
Şəriətin cihada təşviqi
Cihadı tərk etməmək barədə xəbərdarlıq
Cihadın hökmü
Döyüş ədəb-ərkanı
Cihad nə zaman fərdi şəkildə hamıya vacib (Fərdul Ayn) olur?

Paylaş: