Yuxularımda cinlər məni narahat edir, onlardan necə xilas olum?

    04.05.2016
Kimdən: 
Ulduz
Sual: 
Salam. Məni tez tez yuxumda cinlər narahat edir. Yuxuda onlara diz cokub yalvarıram ki meni rahat buraxın. Yada yuxuda heyat yoldasima deyirem ağlayıram ki men bu evdə yaşaya bilmirəm bu evdən getmək isteyirem meni ciner rahat qoymur .demək olarki belə yuxular tez tez görürəm.namazimida bir müddətdir ki qılmiram namaz qilanda ələ bilirəmki arxamda kimsə dayanıb.bu gecədə yuxuda gördüm ki bir ocaqdayam (yeni dini yerdere)orda namaz qılıram.bele yuxular nə anlama gelir
Cavab: 
Və aleykum Salam. Namazı tərk etmək çox böyük günahdır. Lakin, bundan da böyük günah Uca Allaha şərik qoşmaqdır. Siz dediyiniz dini yer - ocaq - Allaha şərik qoşulan yerdir. Peyğəmbər (Ona və ailəsinə Allahın savatı və salamı olsun) birinci növbədə insanları Uca Allaha şərik qoşmaqdan çəkindirib. Onun dövründə olan bütlərin rolunu indi pir və ocaqlarda olan qəbirlər, ağac, daş və digər nə özünə, nə də kiməsə xeyir verə bilməyən şeylər edir. Namaz qılanda arxanızda kiminsə olduğunu hiss etməyiniz şeytanın vəsvəsəsidir. Siz Uca Allaha sığınıb namaza başlayın, yatarkən edilən zikrləri edin, Qurana tez-tez qulaq asın. Allahın izni ilə bu pis hadisələr baş verməz. Həmçinin, oxuyun:
Pirlərə getmək olarmı?
Cadudan necə qorunmaq olar?
Namaz qılıb tərk edən yenidən namaza necə qayıda bilər?
Yatağa girərkən oxunan zikrlər
Pis yuxulardan necə qorunmaq olar?
Teqlər: 
Paylaş: