Ac qalanda təzyiqi düşən adam oruc tuta bilmirsə nə etməlidir?
Sual:
Salam. Mən heç oruc tutmamışam, xəstəliklərim var. Ac qalanda təzyiqim düşür. Mənə oruc fərzdir mi? İmsak ilə iftar arasındaki vaxtda çox uzun olduğu üçün tutmamışam heç, indi mən nə edim. Bu barədə məlumat versəniz çox yaxşı olar sağolun.
Cavab:
Va aleykum Salam. Xəstə və qoca insanlara, habelə hamilə və süd verən qadınlara oruc vacib deyil. Başqa günlərdə buraxdığı orucları qəza etməyə gücü çatan insanlar, bu orucları qəza etməlidirlər. Əks təqdirdə kəffarə verməlidirlər -- hər öz yediyinə uyğun bir kasıbı yedizdirməlidir.