oruc

Valideynlərim müstəhəb orucları tutmağa icazə vermirsə, onlara itaət etməliyəm?

    26.02.2025
Sual: 
Salam. Mən Sünnə Oruclarını tutmaq istəyirəm, amma valideynlərim icazə vermir. Mən onlardan icazəsiz Oruc tutsam günah qazanıram?
Cavab: 

Və aleykum Salam. Oruc elə bir ibadətdir ki, bu ibadəti ətrafdakı insanlara bildirmədən də yerinə yetirmək mümkündür. Əgər tutduğun sünnə (müstəhəb) orucları valideyn haqlarını yerinə yetirməyə mane olmursa, bu halda valideynlərə bildirmədən və onların xətrinə dəymədən müstəhəb orucları tutun.

Qadından gələn tünd axıntı heyz sayılırmı?

    15.02.2025
Sual: 
Salam evela uzur isdeyirem sualima gore men orucluyam axintinin rengi tund gelerse oruc pozularmi? Yoxsa o aybasi sayilmir
Cavab: 

Va aleykum Salam. Əgər tünd rəngli axıntı heyz vaxtına təsadüf edərsə və bununla yanaşı heyzin əlamətləri biruzə verərsə, bu axıntı heyzdən sayılır. Əgər heyz vaxtından kənar vaxtlara təsadüf edərsə, bu axıntı heyzdən sayılmır. Ətraflı oxuyun:

Ramazan ayında heyz olmamaq üçün dərman qəbul etmək olarmı?

    14.02.2025
Sual: 
Əssələmu Aleykum.Esebi halda ağizdan cixan soze gore tovbe elesem Allah qebul eləyermi yeni esebi halda uşaga nese dedim ve pesman oldum tovbe eledim.Ramazan ayinda heyz olmamaq ucun derman qebul eləmək olarmi?namaz oruc quran oxumaq kimi ibadetleri yerinə yetirmək olmur o halda Qurana toxunmaq olmur isteyirəm derman qebul eleyib o ayin butun xeyrinə çatim icaze varmi dinimizde bele şeye?gecenin axir ucde birində oyaq qalib namaz qilmaq yoxsa yatib durub namaz qilmaq daha feziletlidir menim korpe uşağim gec yatir ve men oyaq qaliram gecenin bir hissəsi namaz qilib sonra yatiram feziletden me
Cavab: 

Və aleykum Salam. 

1) Uca Allah səmimi qəlbdən edilən tövbələri qəbul edir. Ətraflı oxuyun:

Tövbə etsəm, Allah məni bağışlayarmı?


Təqvimlərdə Məğrib namazının vaxtnda 1-2 dəqiqə fərq olarsa hansı təqvimə əsaslanmaq olar?

    18.12.2024
Sual: 
Salam aleykum. Namaz vaxtlarını təyin etmək üçün bir neçə mənbəyə baxıram. Çünki hansısa namaz vaxtlarında dəqiqə fərqləri olur (1 dəq fərq olur). Buna görə də iftar vaxtında hansı dəqiqədə orucu açmalı olduğumu bilmirəm. Məsələn, bir mənbə də məğrib namazının vaxtı 1 dəq tez, digərində isə 1 dəq gec göstərə bilir. Bildiyim qədərilə orucu da vaxtında açmaq lazımdı. Dəqiqə etibarı ilə ən gec göstərən təqvimi əsas götürüm? Qorxuram ki, orucu tez açmış olaram. Belə olsa oruc sayılmır? Cəzəkəallahu xeyrən
Cavab: 
Va aleykum Salam. Təqvimlərdə namaz vaxtları arasında dəqiqə fərqi olması normaldır, çünki namazın vaxtları təqribi götürülür. Odur ki siz ən gec olan təqvimə əsaslanıb orucunuzu açın. Həmçinin oxuyun:

Pages