Mən mütləq sədəqə verəcəyəm
Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Bir nəfər: “Mən mütləq sədəqə verəcəyəm”– dedi, sonra da (verəcəyi) sədəqəni götürüb evdən çıxdı və özü də bilmədən onu bir oğruya verdi. Səhər açıldıqda insanlar: “Oğruya sədəqə verilmişdir”– deyə danışmağa başladılar.
Bu adam: “Allahım, həmd Sənə məxsusdur! Mən yenə sədəqə verəcəyəm”– dedi, sonra verəcəyi sədəqəni götürüb evdən çıxdı və bilmədən onu zinakar bir qadına verdi. Səhər açıldıqda insanlar: “Bu gecə zinakar qadına sədəqə verilmişdir”– deyə danışmağa başladılar.