Allahın kəlamı nə ilə fərqlənir?
Qurana iman gətirmək və Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) tabe olmaq istəməyən müşrik ərəblərə öz əməllərinə haqq qazandırmaq və Muhəmmədin söylədiklərini təkzib etmək fürsəti verilmişdir. Bundan ötrü onlar Qurana bənzər sadəcə üç ayə uydurmalıydılar. Uca Allah buyurur: "Yoxsa: "(Muhəmməd) onu özündən uydurdu!" - deyirlər. De: “Əgər doğru danışırsınızsa, ona bənzər bir surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, (köməyə) çağırın!" (Yunus, 38).









