Peyğəmbərlik möhürü
Peyğəmbərlik möhürü Rəsulullahın kürəkləri arasında, daha dəqiq desək, sol kürəyinə yaxın yerdə yerləşən, ət rəngində olan domba ət parçasıdır. Həcmi də müxtəlif rəvayətlərdə vəsf edildiyi kimi – kəklik və ya göyərçin yumurtası boydadır. Peyğəmbərlik möhürü əvvəlki ümmətlərə də öz Kitablarında agah edilmişdir. Odur ki, Kitab əhli sonuncu peyğəmbərin bu vəsflə gələcəyini bilirdi. Uca Allah Quranda buyurur: “Kitab verdiyimiz şəxslər onu öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən də, onlardan bir dəstə haqqı bilə-bilə gizlədir” (əl-Bəqərə, 146).









