Təsadüf, yoxsa qanunauyğunluq?
Bəzi insanların belə dediklərinə də rast gəlmək olur: “Əgər altı meymun yazı makinasının qarşısına əyləşib onun düymələrinin üzərinə milyard il döyərsə, böyük ehtimal vardır ki, onların yazdığı bəzi səhifələrin arasında Şekspirin sonetlərinin birinə rast gəlmək olar.” Hind mütəfəkkiri Vahidəddin Xan bu sözləri ingilis yazıçı-ateist C. Xakslinin kitabından sitat gətirdikdən sonra belə yazmışdır: “Bu cür ifadələr və onlara verilən məna – ağ yalandır.









