Məktəbdə namaz qılmaq, qəza namazı, fərz və sünnə namazları haqqında...

    16.01.2017
Kimdən: 
......
Sual: 
Salam.Əvvəlcə təşəkkür eliyirəm əvvəldə verdiyim suallara cavab yazdıgınıza görə.Suallarım1)Sünnət və fərz namazlarının qılınmasında fərq varmı2)Mən təzəlikcə namaz qilmağa başdamışam və məktəbdə oldugum ücün günorta namazını qıla bilmirəm.Həmin namazı ikindi namazı ilə birlikdə qiliram bu düzgündürmü?Və umumiyyətlə qəza namazları necə qılınır??3)Deyirsinizki qız uşagı heyz oldugu zamandan namaz qilmalıdır.Bəs heyz olmayan qız namaz qilmamalıdirmı4 dəstəmaz alarkən dualar oxunmalıdırmı??5
Cavab: 
Və aleykum Salam. 
1. Sünnət və fərz namazlarının arasında fərq yalnız rükətlərin sayındadır. Sünnə namazları Sübh namazını qıldığınız kimi iki rükət olaraq qılınır. Məsələn, siz dörd rükət sünnə namazı qılmaq istəyirsinizsə, iki rükət qılıb salam verdikdən sonra yenidən iki rükət qılacaqsınız. Sözlər və hərəkətlər isə eynidir. Daha ətraflı:
Nafilə və fərz namazları hansılardır? 
2. Namazı bilə-bilə qəza etmək olmaz. Əgər məktəbdə namaz qılmağa yer yoxdursa, stolda oturaraq da namaz qıla bilərsiniz. Daha ətraflı:
3. Həddi-büluğ olmayan uşaqlar istəsələr namaz qıla bilərlər. Daha ətraflı:
4. Dəstəmaz alarkən yox, dəstəmaz aldıqdan sonra dualar vardır. Daha ətraflı: 
Paylaş: