Məsciddə mərsiyə demək düzgündürmü?

    02.02.2018
Kimdən: 
Günel
Sual: 
Salam Aleykum.Sualim bele olacaq.Bezen rastimiza cixir meselen bir ishin alinmasi ucun 1047 defe bu zikri ele.Saylarin onemi var mi ve onemlidir mi?2 sualim men ilk defe mescide getdim orda xanimlar Hesen Huseyn deyib mersiyyeler deyirdi ve aglayirdi mescid edebi nece olur orda ne edirler onu da bilmek istiyerem ve salavat getirende eli uze cekmek vacibdir mi? Cvblandirsaniz sevinerem.Allah esl momin qardash ve bacilarimizin gunahlarini bagishlasin.A'min
Cavab: 
Va aleykum Salam.
1. Hər hansı bir arzunun həyata keçməsi, işin alınması və s. üçün dua etmək lazımdır, bunun üçün müəyyən sayda zikr etmək dinimizdə yoxdur. Daha ətraflı:
Bəzi zikrləri müəyyən sayda söyləmək doğrudurmu?
2. Mərsiyə demək, rovzə oxumaq, özünü döymək və s. bu kimi bidət (dində yenilik) əməllərin dinlə heç bir əlaqəsi yoxdur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Üz-gözünə döyən, pal­ta­rı­nın yaxasını cıran və cahiliyyət dövründə deyilən sözləri deyən kimsə biz­dən deyildir". (əl-Buxari, 1294). Daha ətraflı:
3. Quran və Sünnəyə görə məsciddə aşağıdakı ədəblərə riayət edilmədir:
- məscidə yalnız ixlasla, Allah xatirinə, Allah rizası üçün getmək.
- təmiz və gözəl paltar geymək.
- pis qoxu (sarımsaq, soğan, kəvər və s.) gəldikdə məscidə getməmək.
- məscidə asta-asta təmkinlə getmək.
- gözü haram şeylərdən çəkmək.
- məscidə namazdan öncə getmək.
- məscidə girdikdə sağ ayaqla girmək və məsciddən çıxdıqda sol ayaqla çıxmaq.
- məscidə getdikdə sünnədə varid olan duaları oxumaq.
- məscidə girdikdə namaz qılmayana qədər oturmamaq.
- ön səflərdə (cərgələrdə) oturmağa can atmaq.
- məsciddə dünya söhbətləri etməmək.
- məscidə gedərkən təharət alıb getmək sünnədir.
- məscidə girdikdə ətrafdakılara alçaq səslə salam vermək.
- qibləyə tərəf oturmaq.
- məsciddə uca səslə oxuyub və ya danışmamaq.
- barmaqları şaqqıldatmamaq.
- dirəklərin arasında namaz qılmamaq (yer olmadıqda isə qılmaq olar).
- insanları aralayıb qabağa keçməyə cəhd etməmək.
- namaz qılanların önündən keçməmək.
- bir yeri xüsusiləşdirib daima orada namaz qılmamaq.
- oturan şəxsi qaldırıb yerində oturmamaq.
- xütbə zamanı danışmamaq.
- məscidin təmiz olmasına təşəbbüs göstərmək.
- məscidləri bəzəməmək.
4. Peyğəmbərə (salləllahu aleyhi və səlləm) salavat gətirdikdə əli üzə çəkmək buyurulmayıb. Daha ətraflı: Salavat deyərkən əli üzə çəkmək barədə
Teqlər: 
Paylaş: