Fatihə surəsindən sonra amin demək, rukuda zikrlər etmək və s. haqqında

    18.12.2018
Kimdən: 
Konul
Sual: 
salam aleykum namazda amin sozu deyirik bunu her ruketde demek lazimdi yoxsa birinci ruketde? ve sesli deyilmelidi yoxsa sessiz? birdeki sunnet namazlarinda rukuda ve secdede başımızı qoyub cox qalib bawqa zikirlerde elemek olar? birde men hedis kitabi alacam o 6 sehih hedis kitabinnan 1 ni hansini alim yeni en deqiq olani hansidi? birdeki meslehet gorduyvuz dua kitabi var? bu saitden oxuyram yenede kitabinu isdiyrem yeni icinde duzgun zikirler dualar olsun hansi kitabu ala bilerem? Allah sizden razi olsun
Cavab: 

Və aleykum Salam. 
Bəli, namazda hər rükətdə Fatihədən sonra "əmin" demək lazımdır. Səsli namazlarda qısa və yavaş səslə, səssiz namazlarda da səssiz şəkildə "əmin" deyilir. Daha ətraflı:
Namazda "Əmin" demək
"Amin" sözünün mənası nədir?
Namazda hansı hissələr səsli deyilir?
Namaz qılarkən rükuda və səcdədə əsasən səhih hədislərdə gələn zikrləri etmək lazımdır. Lakin bununla yanaşı səcdə vəziyyətində səcdədə deyilən "Subhanə Rabbiyəl-A'lə" (Uca Allah pak və nöqsansızdır) zikrindən və səcdədə deyilməsi səhih hədislərdə bildirilən digər zikrlərdən əlavə də öz dilinizdə istədiyiniz duaları edə bilərsiniz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bəndənin Rəbbinə ən yaxın vaxtı səcdə halında olur, (səcdədə) duanı çoxaldın". (Səhih Muslim, 782).
Həmçinin demişdir: "Mənə rükuda və səcdədə Quran oxumaq qadağan edildi. Rükuda siz Uca Rəbbi təzim edin, səcdədə isə çoxlu dua edin. Belə etsəniz, dualarınız daha tez qəbul olunar". (Muslim, 479). Daha ətraflı:
Rükuda edilən zikrlər
Səcdədə edilən zikrlər
Namazda olarkən səcdədə dua etmək doğrudur?
Qeyd etdiyiniz kitabların hamısı yaxşı və faydalıdır. Lakin, onların arasında daha faydalısı və səhihi əl-Buxari və Muslimin "səhih" adlı əsərləridir. Həmçinin oxuyun:
İmam əl-Buxari kimdir?
İmam Muslim kimdir?
Səhih Qüdsi Hədislər
Hədislərə tabe olmağın vacibliyi
Müsəlmanın qalası dua və zikrləri kitabçası dini dükanlardan əldə bilərsiniz. Quranda və səhih hədislərdə gəlmiş dualar üçün aşağıdakı linklərə də baxa bilərsiniz:
Müsəlmanın qalası (dua və zikrlər) kitabçası)
Quran və Sünnədən seçilmiş dualar
Duaların qəbul olması üçün nə etmək lazımdır?

Teqlər: 
Paylaş: