Quranı və mənaca tərcüməni hansı ardıcıllıqla oxumaq lazımdır?

    27.03.2019
Kimdən: 
Muhemmed
Sual: 
salam aleykum va rahmətullahi və bərəkətuhu,Allah elmivizi artırırsız məşəAllah çox gözəl və düzgün məlumat verirsininz.sizə suallarım var 1.mən Quranı ərəbcə oxuyuram başa düşmürəm onu elə oxumaq yaxşıdı yoxsa ərəbcə oxuyum sorada tərcüməni oxuyum? əgər belədisə bir ayəti oxuyum sora tərcüməsini oxuyum? yoxsa surənim hamsını oxuyum sora tərcüməsini oxuyum? savab baxımından hansı yaxşıdır? 2. mən namaz qılanda yavaş yavaş oxuyram xuşu için.ama camaat namazında məcbur tez tez oxuram çatdırmaq üçün bu prablem deil? 3 səssiz namazlarida səslilər kimi avaznan oxumaq olar? 4 namaz xalcamin uzerinde kebenin sekili var.bu mekruhdu? 5.mescide ferz namzin sunnetini qilanda yer deysilmelidi?
Cavab: 
Və aleykumus-Sələm və rahmətullahi və bərakətuhu.
1. Mənasını başa düşməsəniz belə Quranın ərəbcəsini gözəl şəkildə oxmağın savabı olduqca böyükdür və hər bir hərfinə 10 savab yazılır. Lakin, Qurani-Kərimin mənaca tərcüməsini oxumaq, Allahın əmrlərini bilmək imanın artmasına səbəbdir və dinə aid istənilən bir şeyi öyrənməyə görə də çoxlu savab yazılır. Ərəbcə bir ayəni və ya surənin hamısını oxuyub sonra tərcüməsini oxumağa gəldikdə isə bunun üçün xüsusi bir qayda yoxdur. Kimə necə rahatdırsa, o şəkildə də oxuya bilər. Uca Allah buyurur: "...Qurandan sizə asan gələni oxuyun!...". (əl-Muzzəmmil, 20). Həmçinin oxuyun:
2. Camaat namazında imama tabe olaraq onunla ayaqlaşmaq, imamla bərabər rükuya, səcdəyə gedib, qiraəti də imama uyğun tezləşdirib və ya gecikdirmək lazımdır. Həmçinin oxuyun:
3. Bəli, səssiz namazlarda da səsli namazlarda olduğu kimi səsi ucaltmadan zəif səslə dodaqları tərpədərək avaz və təcvidlə oxumaq olar. Həmçinin oxuyun:
4. Bu cavabları oxuyun:
5. Bir namazı qılıb qurtardıqdan sonra digər namaz üçün yerin dəyişdirilməsi Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) sünnəsindəndir. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: