Ərəb ölkələrində yağışın az yağması günahlara görədirmi?

    17.03.2020
Sual: 
Salam aleykum Havanin quraq kecmesi gunahlardandirmi ve deyireki terezide aldatmaq coxlanda Allah yagisini hemin yerden keser bes onda bele sual yaranir erebistan niye az yagir quraq kecir amma gunah kufr olkelri cox yagir hikmet sebeb nedir nece basa dusek bunu?
Cavab: 

Va aleykumus-sələm. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Ey mühacirlər, beş əməl var ki, bunların aranızda baş verməsindən Allaha sığınıram. Əgər bir qövmdə zina açıq-aşkar yayılarsa, Allah onları vəbaya və ata-babalarının bilmədikləri xəstəliklərə düçar edər. Bir qövm tərəzidə aldadarsa, Allah onları quraqlıq, çətin yaşayış və zalım hakimlə imtahan edər". (İbn Macəh, 4019). Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) başqa bir hədisdə quraqlığın nə olduğunu izah edərək demişdir: "Quraqlıq yağışın yağmaması demək deyildir, quraqlıq odur ki, yağış yağır, yağır lakin heç nə bitmir". (Səhih Muslim, 2904). Buna görə də quraqlıq dedikdə, tək yağışın yağmaması deyil, aclığın və qıtlığın baş verməsi nəzərdə tutulur. Günümüzdə bir çox ölklərdə yağışın çox yağmasına baxmayaraq, əhalisinin qıtlıqdan və aclıqdan əziyyət çəkdiklərini görürük. Əksinə bəzi ölkələrdə (məsələn, ərəbistan yarımadasında) yağışın az yağmasına baxmayaraq bolluq olduğunun şahidi oluruq. Həmçinin oxuyun:
Günahların insana nə kimi zərərləri var?
"əl-Mutaffifin" (Çəkidə və ölçüdə aldadanlar) surəsinin izahı
Yağış yağarkən dua edin! 
Yağış yağanda edilən dua
Yağış yağandan sonra edilən zikr
Havanın açılması üçün edilən dua

 

Teqlər: 
Paylaş: